Gələn həftə Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 9-cu toplantısı keçiriləcək.
“Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti toplantısı fevralın 3-də Bakıda baş tutacaq”, - “İnterfaks-Azərbaycan”a Energetika Nazirliyindən məlumat verilib.
Toplantıda CQD layihəsinin reallaşdırılmasına cəlb olunan ölkələrin və şirkətlərin və bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı planlaşdırılır.
Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb. Layihənin ilkin dəyəri $45 milyard həmində qiymətləndirilsədə, lakin layihənin reallaşdırılması $33 milyarda başa gəlib.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
CQD ilə ildə 16 milyard kubmetr həcmində Azərbaycan qazının ixrac edilməsi nəzərdə tutulub. Bunun 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz ixracına 2018-ci ilin yayından başlanılıb. “Şahdəniz” yatağından hasil olunan Azərbaycan qazının Avropaya, İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılar üçün nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb.
Azərbaycan qazına tələbatın artması nəzərə alınmaqla Avropaya ən azı 20 milyard kubmetr qaz (2027-ci ilə qədər - İF) tədarükü məqsədilə TANAP və TAP qaz kəmərlərinin gücünün artırılması hesabına CQD-nin genişləndirilməsi planlaşdırılır.
Azərbaycan 2020-ci il dekabrın 31-də Avropaya qaz ixracına başlayıb. Hazırda Aİ-də Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır.
Azərbaycan 2022-ci ildə qaz ixracını 18% - 22,3 milyard manatadək artırıb. 2022-ci ildə Avropa Azərbaycan qazının ixracı 11,4 milyard kubmetr (2021-ci illə müqayisədə artım 12,3% - İF) və ya Azərbaycandan bütün tədarükün 51%-ni təşkil edib.
2023-cü ildə - 24 milyard kubmetr səviyyəsində, o cümlədən, Avropaya – 12 milyard kubmetrə yaxın olacağı planlaşdırılır. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət