“Bank Respublika” Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə Azərbaycanda kiçik sahibkarlığın, eləcə də qadın sahibkarlığının dəstəklənməsi məqsədilə $40 milyon həcmində kredit sazişi imzalayıb. Bu barədə bankdan məlumat verilib.
Layihə IFC-nin Qadın sahibkarlar üçün maliyyə təşəbbüsü vəQadın sahibkarlar üçün imkanlar proqramı tərəfindən dəstəklənir. Layihənin əsas məqsədi post-pandemiya dövründə iqtisadi fəallığı təşviq etməklə, bank tərəfindən mikro, kiçik və orta sahibkarların (MKOS-ların), o cümlədən qadın sahibkarların kreditləşməsini genişləndirməkdir.
“Bankımızın fəaliyyət strategiyasında real sektorun, xüsusən də mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi əsas hədəf olduğundan, bu sahənin inkişafına xüsusi diqqət göstəririk. Əminik ki, dünyanın aparıcı maliyyə qurumlarından olan IFC-nin strategiyamıza inam göstərərək dəstəkləməsi, “Bank Respublika”nın qarşıya qoyduğu hədəflərə uğurla çatmasında öz müsbət töhfəsini verəcək”, – deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
“Qlobal miqyasda pandemiya məhz kiçik bizneslərə, xüsusilə qadın sahibkarlara daha ciddi təsir göstərdi. Azərbaycan da burada istisna deyil. IFC-nin maliyyə paketi “Bank Respublika”ya bu zəruri biznesləri dəstəkləməyə kömək edəcək, o cümlədən maliyyə sektorunun dayanıqlığını artırmağa və post-pandemiya dövründə iqtisadiyyatı canlandırmaq səylərini möhkəmləndirməyə öz töhfəsini verəcək”, – deyə IFC-nin Avropa üzrə regional direktoru Rana Karadşeh bildirib.
IFC-nin ayırdığı maliyyə vəsaitləri MKOS-lar üçün maliyyə əlçatanlığını və iqtisadiyyatın rəqabətə davamlılığını artırmaq kimi məqsədlər güdən Dünya Bankı Qrupunun Azərbaycan üzrə strategiyasına uyğundur. O, həmçinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də yer alan kiçik biznesləri dəstəkləyərək iqtisadi artımı sürətləndirmək və iş yerlərin yaradılmasını təşviq etmək kimi vəzifələrlə uzlaşır.
Azərbaycan 1995 ildən etibarən Beynəlxalq Maliyyə Korporasiyasının üzvüdür. Ötən dövr ərzində IFC Azərbaycanın maliyyə xidmətləri, infrastruktur və sənaye kimi bir sıra iqtisadi sahələrində icra edilmiş layihələrə $500 milyona yaxın (o cümlədən digər kreditorlardan cəlb edilmiş $73 milyon) məbləğində investisiyalar edib. Bundan əlavə, IFC Bakı-Tbilisi-Ceyhan boru kəmərinin inşa edilməsinə $250 milyon ayırıb.
“Bank Respublika” 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasında “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT (4,25%) təmsil olunur. Bankın əsas səhmdarları iş adamı Natiq Quliyev və onun qohumlarıdır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət