Bakı Ermənistanın Azərbaycan ərazilərini minalanması ilə bağlı yeni faktlara malikdir. Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov bəyan edib.
«Azərbaycan Ermənistan tərəfindən minalar və digər partlayıcı qurğuların (Azərbaycan ərazisində - IF) davam etdirilməsi ilə bağlı yeni faktlara malikdir», - Məmmədov çərşənbə axşamı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmələrdə çıxışı zamanı deyib.
Dinləmələrin yayımı BMT-nin saytında aparılıb.
Azərbaycan tərəfinin nümayəndəsi qeyd edib ki, əvvəlki məhkəmə qərarı elan edildiyi gündən - 7 dekabr 2021-ci ildə Azərbaycan ərazisində 2021-ci ildə Ermənistanda istehsal olunmuş 2 min 700 minadan çox mina aşkar edilib.
Məmmədov həmçinin əvvəllər Ermənistan tərəfinin İrəvanın Azərbaycan ərazisində yerüstü minalar quraşdırmadığı barədə səsləndirdiyi bəyanatları rədd edərək, bu iddiaları yalan adlandırıb.
Azərbaycan xarici işlər nazirinin müavini izah edib ki, Bakı Erməni tərəfinin quraşdırdığı minaların partlaması nəticəsində azərbaycanlıların ölümünə son qoymaq məqsədilə məhkəməyə müraciət edib.
“Bu gün Azərbaycan yalnız bir səbəblə məhkəməyə müraciət edir: 2020-ci ilin noyabrında üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistan tərəfindən bu yaxınlarda quraşdırılmış partlayıcı qurğular vasitəsilə azərbaycanlılara qarşı etnik və milli əlamətləri ilə davam edən qətllərin və xəsarət yetirmənin dayandırılmaq», - Məmmədov bildirib.
Xəbər verildiyi kimi, 3 yanvar 2023-cü ildə Bakı İrəvanı Azərbaycan ərazisinin minalanmasını dayandırmaq və Azərbaycanın mülki əhalisinin doğma yurdlarına qayıtmasına mane olmamaq üçün müvəqqəti tədbirlərin göstərilməsi ilə bağlı BMT Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Müraciətdə deyilir ki, Ermənistan “Azərbaycanın mülki əhalinin qayıdacağı Laçın, Kəlbəcər və digər öncə işğal olunmuş rayonlar, şəhərlər, kəndlər və bütövlükdə ərazilərin sürətli, təhlükəsiz və səmərəli minalardan təmizlənməsini həyata keçirə bilməsi üçün dərhal zəruri addlmlar atsın. O cümlədən bu ərazilərdə minaların, mina-tələlərin və hər hansı digər partlayıcı qurğuların yerləşdiyi yer, sayı, tipi və xarakteristikaları haqqında məlumat versin.
Bundan əlavə, Azərbaycan tələb edir ki, Məhkəmə Ermənistanı Azərbaycan ərazilərinin minalanmasını dərhal dayandırmağı və bundan sonra bu cür fəaliyyətdən, o cümlədən Laçın yolundan bu məqsədlər üçün istifadə etməkdən çəkinməyə məcbur etsin. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət