Avropa İttifaqı (Aİ) dekabrın 12-dən ekoloji aksiyanın keçirildiyi Laçın-Xankəndi yolunda (Laçın yolu) vəziyyətlə əlaqədar Azərbaycan barəsində sanksiyaların tətbqini nəzərdən keçirmir. Bu barədə Avropa İttfaqı diplomatiyasının rəhbəri Jozap Borrel bəyan edib.
“«Sanksiyalar yalnız Aİ-nin Ümumi Xarici Siyasət və Təhlükəsizlik Siyasəti məqsədlərinin irəli sürülməsi üçün vasitələrdən biridir və bu vəziyyətdə onların tətbiqi məsələsinə (Azərbaycan barəsində - İF) baxılmır», - Borrel Avropa deputatı Assita Kankonun Azərbaycana qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi imkanı barədə sualına cavab verərkək bildirib.
Borrel qeyd edib ki, Brüsseldə Laçın yolu ətrafında vəziyyəti müşahidə edirlər.
O vurğulayıb ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla daimi təmasdadır, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarisə Bakı və İrəvanla sıx əlaqədədir.
«AI-nin səyləri hər iki ölkənin (Azərbaycan və Ermənistan - İF) liderlərinin sadiqliklərini ifadə etdikləri dialoq vasitəsilə həll yollarının axtarışına yönəlib», - Borrel bildirib.
Xəbər verildiyi kimi, 2022-ci il dekabrın 12-dən etibarən Azərbaycanın ekofəalları və QHT nümayəndələri Qarabağ iqtisadi rayonunda Şuşa-Xankəndi avtomobil yolunda regionda faydalı qazıntı yataqlarının, xüsusilə, Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına qarşı etiraz aksiyası keçirirlər. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət