- Cənab Kasprşik, sizcə, son illər baş verən hadisələr Azərbaycanın bank sektoruna necə təsir edib? Ümumiyyətlə, banklar fəaliyyətlərində daha çox nəyə diqqət etməlidirlər ?
- Hazırda bank ekosistemi kifayət qədər mürəkkəbdir və bazar banklar qarşısında iddialı məqsədlər qoyur. Banklara təsir edən amillər çoxdur, o cümlədən geosiyasi təlatümlər, qiymət dəyişiklikləri, resurs qıtlığı... Bundan əlavə, həm tənzimləyicilər, həm də müştərilər tərəfindən ESG standartlarının – ətraf mühit, sosial və korporativ idarəetmənin qəbulu və tətbiqi üçün təzyiq artır. Bank sektorunda 30 illik təcrübəmə əsaslanaraq aşağıdakıları qeyd edərdim:
• “Qara qu quşu” nəzəriyyəsi çətin proqnozlaşdırılan və nadir hallarda baş verən, amma mühüm təsirə malik hadisələri ehtiva edir. Azərbaycanın bank sektoru nəzərə almalıdır ki, qlobal səviyyədə “qara qu quşları” var. Məsələn, son illər baş verən pandemiya və hərbi konfliktlər. Belə xoşagəlməz hadisələrin təkrarlanmayacağına əminlik yoxdur. Ona görə də bankirlər hər zaman hazır olmalıdırlar.
• Mövcud rəqəmsallaşma və qloballaşma böyük imkanlar yaradır. Lakin eyni zamanda həm də texnologiyayaya, kibertəhlükəsizlik tədbirlərinə investisiya tələb edir. Müsbət cəhət odur ki, bu investisiyalar banklarda bir çox proseslərin avtomatlaşdırılmasını asanlaşdıracaq və müştərilərin özünəxidmət imkanlarını genişləndirəcək. Bu, son nəticədə gündəlik bankçılığı daha az xərcli edəcək.
• Dəyişən mühitə, innovasiyalara, texnologiyalara, yeni bank modelləri və məhsullarına baxmayaraq, əsas aspekt dəyişməz olaraq qalır: maliyyə fəaliyyətində ən dəyərli şey etibardır - qurulmalı və məhv edilməsinə icazə verilməyən dəyər.
- Sizcə, AccessBank son illərin bazar təlatümününün öhdəsindən yaxşı gəlib? Əgər belədirsə, əsas səbəb nədir?
- Üç ildən artıqdır ki, AccessBank-ın Müşahidə Şurasının üzvüyəm. Bu müddət ərzində, belə çətin şəraitdə irəliləyiş əldə edən komandaya heyranlıqla baxıram. Həmkarlarımın həvəs və istəklərini yüksək qiymətləndirirəm. AccessBank-ın davamlı inkişafını təmin etmək üçün reallaşdırılan və planlaşdırılan dəyişikliklər görürəm. Əminəm ki, çətin dövrü uğurla keçə bilmişik və yeni mərhələ üçün möhkəm zəminimiz var. AccessBank-ın 20 illik yubileyi bir tərəfdən zəruri restrukturizasiyanın başa çatması, digər tərəfdən isə yeni dövrün başlanğıcı kimi əla fürsətdir. Şəxsən mən bu transformasiyanın şahidi və iştirakçısı olduğum üçün xoşbəxtəm. Artıq əldə edilənlər və yaxın gələcək üçün planlaşdırılanlar AccessBank-ın gələcəyinə inam yaradır.
- Yaxın beş ildə AccessBank-dan nə gözləyirsiniz?
- Hesab edirəm ki, AccessBank son vaxtlar çox böyük irəliləyiş əldə edib və inamla inkişaf yolundadır. Bu, gələcək inkişaf üçün fundamental nailiyyətdir.
Bank daim dəyişən mühitə uyğunlaşmalıdır. Bu, ilk növbədə komanda üzvlərinin peşəkar hazırlığına, fədakarlığına və ortaq məsuliyyətinə aiddir. Komplayns, risklərin idarə edilməsi məsələləri və s. ilə bağlı prudensial qaydalar yenilənməlidir. Uyğunlaşmadan danışmışkən, gələcək rəqəmsallaşma, əməliyyat dəqiqliyi, məhsul inkişafı üçün texnologiyaya da investisiya edilməlidir.
Zənnimcə, AccessBank pərakəndə satış sektorunda yeni müştərilər cəlb etmək üçün məhsullarının innovativ olması baxımından daha aktiv olmalıdır. Çünki müştəri portfelinin, həmçinin risklərin şaxələndirilməsi çox vacibdir. Eyni zamanda, mikro sahibkarları, o cümlədən kənd təsərrüfatında işləyənləri unutmaq olmaz. Növbəti illərdə bankın davamlı inkişafını təmin etmək üçün müxtəlif sektorlardan olan müştərilərlə işdə tarazlığı qorumaq çox vacibdir.
İnanıram ki, son illərdə əldə edilmiş nəticələr, həvəsli komanda və lazımi investisiyalarla AccessBank çevik və uğurlu innovator olaraq qalacaq və bazar liderlərindən biri kimi mövqeyini möhkəmləndirəcək. Öz növbəmdə AccessBank komandası ilə işləməyə və onların bütün səylərini dəstəkləməyə davam edəcəyəm. Necə deyərlər - hamımıza uğurlar!
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət