Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2022-ci ildə Azərbaycanda layihələrin həyata keçirilməsi üçün ümumilikdə 86 milyon avro məbləğində kredit ayırıb.
“2022-ci ildə AYİB Azərbaycanda 9 layihənin həyata keçirilməsinə 86 milyon avro kredit ayırıb”, - deyə bankdan “İnterfaks-Azərbaycan” agentliyinə bildiriblər.
2021-ci ildə bank respublikada 8 layihənin maliyyələşdirilməsi üçün 34 milyon avro kredit ayırmışdı.
Beləliklə, 2022-ci ildə AYİB tərəfindən Azərbaycanda layihələrin maliyyələşdirilmə həcmi 2,5 dəfə artıb.
2018-2022-ci illərdə Azərbaycanın dövlət və özəl sektorlarında 33 layihənin maliyyələşdirilməsi üçün AYİB tərəfindən 440 milyon avro məbləğində vəsait ayrılıb.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB bu günədək respublikada 187 layihənin maliyyələşdirilməsi üçün 3,6 milyard avroya yaxın kredit ayırıb. 2023-cü ilin əvvəlinə bankın Azərbaycandakı 35 layihə üzrə cari portfeli 843 milyon avro təşkil edir: portfelin 86%-i infrastrukturun, 10%-i sənaye və kənd təsərrüfatı, 4%-i isə maliyyə sektorunun payına düşür.
Xəbər verildiyi kimi, AYİB 2023-cü ildə $300 milyona yaxın kredit ayırmağı planlaşdırır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət