Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda Dağıstan hökumətinin sədri Abdulmuslüm Abdulmuslümovla görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Dağıstan hökumətinə istinadən məlumat verir.
«Görüş zamanı tərəflər respublikaların aqrar-sənaye kompleksi sahəsində əməkdaşlığı, ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində təcrübə mübadiləsi, kənd təsərrüfatında innovativ texnologiyalardan istifadə, aqrar tədqiqatlar və aqrar təhsil sahəsində əməkdaşlığın həyata keçirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar», - məlumatda qeyd edilir.
Həmçinin Abdulmuslümov bildirib ki, Dağıstanın kənd təsərrüfatı məhsulları müəssisələri və istehsalçıları Azərbaycan bazarına bitkiçilik məhsulları, müxtəlif süd və ət məhsulları, o cümlədən mineral sular, alkoqolsuz içkilər və şirniyyat məhsulları, keyfiyyətli konyak və şərab tədarük etmək imkanına malikdirlər.
«Azərbaycan şirkətləri logistika komplekslərinin inşasında böyük təcrübəyə malikdirlər və bununla əlaqədar Dağıstanda birgə layihələrin icrası qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli perspektivə malikdir», - məlumatda vurğulanır.
Tərəflər həmçinin meyvə və tərəvəzlərin istehsalı, saxlanması, təkmilləşdirilməsi və qablaşdırılması, eləcə də kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Statistikaya əsasən, 1 yanvar 2023-cü il tarixinə Dağıstan müəssisələri tərəfindən Azərbaycana düyü yarması - 140 ton, xırda və iri buynuzlu mal-qara – müvafiq olaraq 17013 baş və 2188 baş, bağırsaq xammalı - 534 ton, balıq - 1970 ton, alt məhsullar - 19 ton tədarükü həyata keçirilib. **
X.Nəsirzadə
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət