AccessBank aqro sahədə fəaliyyət göstərən sahibkarlara dəstək olmaqda davam edir. Bankın Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə tərəfdaşlığının nəticəsi olaraq, 2022-ci ildə 448 sahibkar kənd təsərrüfatı üzrə müxtəlif investisiya layihələrinin maliyyələşdirilməsi məqsədi ilə güzəştli kreditlərdən faydalanıb.
AccessBank bu çərçivədə 2022-ci ildə dövlət xətti ilə fermerlərə 5378 500 AZN həcmində kredit verib. Bu kreditləşmə üzrə maksimal məbləğ 19 000 AZN təşkil edib. Bərdə, Gəncə, Lənkəran sahibkarları bu kreditin alınmasında daha fəal iştirak ediblər. Sahibkarlar ən çox heyvandarlıq, arıçılıq, əkinçilik, bağçılıq sahələri, həmçinin aqrotexniki xidmətlərin inkişafı üçün müraciət ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 8 aprel 2020-ci il tarixli fərmanı ilə aqrar sahənin maliyyələşdirilməsində yeni mərhələ başlayıb. Bu dönəmdən sonra fermerlərə bağçılıq, əkinçilik, heyvandarlıq və digər ailə-fermer təsərrüfatlarının yaradılması və genişləndirilməsi üçün kreditlərin verilməsinə başlanılıb. Fermerlərə əsas və dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi məqsədilə 15.000 AZN civarında mikrokredit, kənd təsərrüfatı istehsal vasitələrinin əldə edilməsi üçün isə 200000 AZN civarında kredit təklif olunur.
Aqro kreditlər haqqında ətraflı məlumat əldə etmək üçün:
https://www.accessbank.az/az/business/loans/alda-loans/
Fermerlər təklif olunan kredit haqqında məlumat əldə etmək üçün həmçinin AccessBank-ın 151 Əlaqə mərkəzinə zəng edə və ya bankın filiallarına yaxınlaşa bilərlər.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət