Dövlət bankı Azər Türk Bank özünün fəaliyyəti tarixində ilk dəfə olaraq beynəlxalq reytinqə layiq görülüb.
Belə ki, S&P Global Ratings beynəlxalq reytinq agentliyiBankın uzunmüddətli və qısamüddətli kredit reytinqini “B+/B” səviyyəsində qiymətləndirib. Reytinqlər üzrə proqnoz “Sabit”dir.
Standard & Poor`s öz rəsmi açıqlamasında bildirir ki, pərakəndə seqmentdə özünün bazar payını artırmaqda olan müxbir hesablarına xidmət sahəsində Bank güclü mövqelərə malikdir.
Agentliyin rəyinə görə Bankda risklərin idarə edilməsi üzrə idarəetmə sistemi mükəmməl səviyyədədir. Qeyd edilir ki, Bankın risklər üzrə belə bir mövqeyi növbəti ildə də davam etdirəcəyi gözlənilir.
Bildirilir ki, 2022-ci iln 9 ayı ərzində Bankın kredit porfeli 39% artmışdır ki, bu da ölkə bank sistemindəki orta göstəricidən 17% çoxdur.
Bundan əlavə rəydə qeyd edilir ki, 30 sentyabr 2022-ci il tarixinə Bankın likvid aktivlərinin həcmi cəmi aktivlərə nisbətdə 58% təşkil etmişdir.
“Bizim rəyimizə görə Bank likvidlik üzrə göstəriciləri stabil saxlayacaqdır”, deyə, bildirilir.
Rəsmi açıqlamada reytinqin komponentləri göstərilmişdir:
Emitentin kredit reytinqi “B+ / Sabit / B”
Kredit qabiliyyətinin xüsusiyyətlərinin qiymətləndirilməsi “b”
Reytinqin baza səviyyəsi “b+”
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət