“McKinsey & Company” şirkətinin tərəfdaşı və “McKinsey” Bakı ofisinin rəhbəri Murat Gürsoy SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Yumşaq bacarıqların əhəmiyyəti” mövzusunda master-klas keçib.
Master-klasda Ali Məktəbin professor-müəllim, inzibati heyəti, tələbələr və Bakı Ali Neft Məktəbini Fərqlənmə diplomu ilə bitirən və hazırda dünyanın ən məşhur şirkətlərindən olan “McKinsey & Company”də məsul vəzifədə çalışan Leyla Firudinbəyli də iştirak edib.
Rektor Elmar Qasımov dəvəti qəbul etdiyi üçün Murat Gürsoya təşəkkür edərək bu master-klasın faydalı olacağına və iştirakçıların zəngin məlumatlardan yararlanacağına əminliyini bildirib.
Master-klasda Murat Gürsoy rəhbərlik etdiyi şirkət haqqında məlumat verib, şəxsi təcrübələrini bölüşüb, əmək bazarında tələb olunan bacarıqlar, gələcəyin trendlərindən bəhs edib. O, həmçinin yumşaq bacarıqların əhəmiyyətini vurğulayıb, gələcəkdə əmək bazarında yer tutmaq üçün tələbələrə inkişaf etdirməli olduqları bacarıqlar barədə tövsiyələrini verib. İnteraktiv formada keçirilən master-klas böyük maraqla qarşılanıb, iştirakçıların sualları cavablandırılıb.
Sonda Murat Gürsoya Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” plaketi təqdim olunub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət