İslam İnkişaf Bankı (İİB) Azərbaycanda halal sənayenin inkişafı ilə bağlı plan hazırlayacaq, 2023-cü ildə bu mövzuda xüsusi seminar keçirəcək.
“İnterfaks-Azərbaycan” agentliyi İİB-ə istinadən xəbər verir ki, bank Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edərək ölkənin özəl sektorunun sürətlə böyüyən halal məhsul və xidmət bazarında iştirakını asanlaşdırmaq üçün halal sənayenin inkişafına kömək edir.
“2023-cü ildə bu mövzuda məsləhətləşmə seminarının keçirilməsi planlaşdırılır və İİB-in Kuala-Lumpurdakı Qabaqcıl Təcrübə Mərkəzi seminarın yekunları üzrə Azərbaycan üçün halal sənayenin inkişaf planını hazırlayacaq”, - deyə məlumatda bildirilir.
Azərbaycanda səfərdə olan İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir iqtisadiyyat naziri Mikayıl Cabbarov və maliyyə naziri Samir Şərifovla danışıqlar aparıb.
“Müzakirələr zamanı Əl-Casir İİB-in Qarabağın və ya ölkənin istənilən digər bölgəsinin bərpası və yenidənqurulması istiqamətində hökumətin səylərini dəstəkləməkdə çox maraqlı olduğunu bir daha diqqətə çatdırıb. İİB-in bərpa prosesinə kömək etmək istədiyini deyən Əl-Casir bankın maliyyələşdirə biləcəyi layihələrə baxılması üçün hər bir tərəfdən əlaqələndiricilərin təyin edilməsinin vacibliyini qeyd edib”, - deyə məlumatda vurğulanır.
Bundan başqa, bank dəmir yolu daşımalarının və bərpa olunan mənbələr üzrə layihələrin inkişafı ilə bağlı regional təşəbbüsləri təşviq etməklə Azərbaycana dəstəyi davam etdirməyə hazırdır”, - deyə məlumatda bildirilir.
Bank, həmçinin Azərbaycanda aqrar, infrastruktur, rəqəmsal inkişaf və özəl sektora dəstək sahələrində layihələri maliyyələşdirməkdə maraqlıdır.
Bugünədək İİB Azərbaycanda 18 layihənin həyata keçirilməsi üçün $1 milyarda yaxın vəsait ayırıb.*
R.Kərimov
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
Yelo Bank-ın sərfəli ipoteka kreditini qaçırma!
30-dan çox şirkətin iştirakı ilə “Yelo Career Festival” keçirildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət