Dövlət Vergi Xidməti (DVX) 2023-cü ilin yanvar ayında böyük məbləğdə nizamnamə kapitalına malik olan bir sıra şirkəti qeydiyyata alıb. Şirkətlərin hüquqi ünvanı Naxçıvan şəhəridir.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, 2023-cü il yanvarın 12-də 8 milyon 249,982 min manat nizamnamə kapitalı ilə “GƏMİQAYA İNŞAAT” MMC (VÖEN 201378861) qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Vüsar Məmmədovdur.
Bundan başqa, yanvarın 17-də “NAXPROPERTY-S” MMC qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 4 milyon 232,4 min manat, qanuni təmsilçisi Arif Yusifovdur.
Arif Yusifov, eyni zamanda, 300 min manat nizamnamə kapitalı olan “ASAF-M” MMC-nin qanuni təmsilçisidir. Şirkət 2023-cü il yanvarın 16-da qeydiyyata alınıb.
Bundan əlavə, Naxçıvan şəhərində qeydiyyata alınmış 3 şirkətin “CALAL-N” MMC (nizamnamə kapitalı 414,4 min manatdır), “NUSRAT-H” MMC (nizamnamə kapitalı 500 min manatdır) və “GUNDUZ-M” MMC-nin (nizamnamə kapitalı 360 min manatdır) qanuni təmsilçisi Zamin Məmmədovdur.
Şirkətlərin fəaliyyət sahələri barədə məlumat verilmir.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət