Xəbər verdiyimiz kimi, Kapital Bank nağd pul krediti götürən müştərilər üçün yenidən “Kreditini biz ödəyək” adlı stimullaşdırıcı lotereya keçirir. Şərtlərə görə 6 fevral – 29 mart 2023-cü il tarixləri arasında onlayn müraciət kanalları (kapitalbank.az, birbank.az, umico.az saytları, Birbank mobil tətbiqi, 8196 qısa nömrəsinə 1 yazaraq, (+99450) 999 81 96 WhatsApp nömrəsindən və ya sosial şəbəkələrdən) vasitəsilə nağd pul krediti götürən müştərilər iki iştirak şansı, Kapital Bank filiallarından nağd pul krediti götürənlər isə bir iştirak şansı qazanaraq avtomatik olaraq lotereyada iştirak edib, qalib ola bilərlər.
3 mart tarixində lotereyanın 1-ci tirajı keçirilib və 23 müştəri kreditinin aylıq ödənişini hədiyyə qazanıb. Qaliblərin siyahısı sayta əlavə olunub – https://kbl.az/kbgtkl.
Lotereya aksiyası hələ də davam edir. 5 aprel tarixlərində keçirilən tiraj zamanı ay üzrə 23 müştərinin maksimum 500 AZN olmaqla aylıq kredit ödənişi bank tərəfindən ödəniləcək. 5 aprel 2023-cü il tarixində keçiriləcək ikinci tirajda isə həmçinin ümumilikdə lotereyada iştirak hüququ qazanan, hətta əvvəlki tirajlarda qalib olan 3 müştərinin maksimum 10000 AZN olmaqla bütün kredit məbləği Kapital Bank tərəfindən ödəniləcək.
Qaliblər 5 aprel 2023-cü il tarixlərində, saat 11:00-da, Bankın “Birstudio” ofisində (Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi, 44 ünvanında), tiraj komissiyasının müəyyən olunmuş üzvlərinin iştirakı ilə, kompüterdə xüsusi proqramın təsadüfi seçimi vasitəsilə müəyyən olunacaq. Bankın Facebook sosial şəbəkə səhifəsində canlı yayımlanacaq.
Qeyd edək ki, əməkhaqqını Kapital Bank və ya digər banklardan alanlar 30 000 manatadək nağd pul kreditini maksimum 59 ayadək ala bilərlər. Nağd pul kreditinin illik faiz dərəcəsi 13%-dən başlayır, nağdlaşma komissiyası isə 0% təşkil edir. Kredit üçün https://www.kapitalbank.az saytına, Birbank rəqəmsal bankına, 8196 qısa nömrəsinə 1 yazıb göndərməklə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək kifayətdir. Kredit şərtləri və lotereya barədə ətraflı məlumat üçün - https://kbl.az/kbgtkl.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət