NEQSOL Holding-in Platinum sponsorluğu ilə Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham Azərbaycan) “Azərbaycanda Etika və Komplayens” mövzusunda konfrans təşkil edib. Tədbirdə komplayens üzrə mütəxəssislər, biznes ictimaiyyətinin yüksək vəzifəli şəxsləri və hökumət rəsmiləri iştirak ediblər.
“Beynəlxalq şirkətlər qrupu olaraq NEQSOL Holding etik biznes təcrübələrini və komplayens mədəniyyətinin daha da inkişafını təşviq etməyə sadiqdir. Dürüstlük və hesabatlılıq mədəniyyətinin formalaşması ilə bağlı düşüncələrimizi və təcrübələrimizi bölüşdüyümüz AmCham konfransını dəstəkləməkdən qürur duyuruq. Həmfikir təşkilatlar və maraqlı tərəflərlə birlikdə çalışmaqla biz hər kəsə faydalı olan etik biznes mühitini inkişaf etdirməyə davam edə bilərik”, - NEQSOL Holding-in Baş Hüquq Direktoru və AmCham-ın Hüquq və Komplayens Komitəsinin sədr müavini Toğrul Əhmədov bildirib.
Toğrul Əhmədov, həmçinin “Korrupsiyaya qarşı mübarizə haqqında qanunların icrası: beynəlxalq və yerli təcrübə və perspektivlər” mövzusunda panel müzakirəsində çıxış və moderatorluq edib.
“Komplayens hazırda həm Azərbaycan, həm də xaricdə olan bizneslər üçün mühüm əhəmiyyət kəsb edir və iştirakçılar daha çox öyrənməyə çalışırlar. Müzakirələr zamanı panel iştirakçılarının öz ideyaları ilə çıxış etməsi söhbətimizi daha maraqlı və canlı etdi. Ümumilikdə tədbirin moderatoru seçilmək və bu kimi mühüm mövzunun müzakirəsində iştirak etmək mənim üçün çox xoş oldu”, – deyə Toğrul Əhmədov əlavə edib.
"Azərbaycanda Etika və Komplayens” mövzusunda olan konfransı dəstəklədiyi üçün NEQSOL Holding-ə təşəkkürümüzü bildiririk. Holdinqin etik biznes təcrübələrinə sadiqliyinin şahidi olmaq, eyni zamanda biznes ictimaiyyətində etika və komplayens mədəniyyətinin daha da təşviqi üçün onlarla əməkdaşlıq etmək çox xoşdur", - AmCham Azərbaycanın icraçı direktoru Gülnarə Aslanbəyli deyib.
NEQSOL Holding doqquz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət