Azərbaycan qaz ixracını artıracaq, 2023-cü ildə ixracın həcmi 24 milyard kubmetri ötəcək. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.
“Biz qaz ixracımızı artırırıq. 2021-ci ildə qaz ixracı 19 milyard kubmetr təşkil edib. 2023-cü ildə həmin rəqəm 24 milyard kubmetrdən artıq olacaq. Onun ən azı yarısı Avropaya istiqamətləndiriləcək”, - deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, Azərbaycan qaz yataqlarına investisiyaları artıracaq.
Bundan başqa, hazırda TANAP-ın ötürmə gücünün 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər, TAP-ın ötürmə gücünün 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılması istiqamətində müzakirələr aparılır və bu, ixracın artırılması üçün vacibdir.
Əliyev əlavə edib ki, Azərbaycan enerji daşıyıcılarının Avropa bazarına vacib təchizatçısına çevrilir, elektrik enerjisinin Avropaya ixracına başlanılması istiqamətində iş aparılır.
Xəbər verildiyi kimi, Azərbaycan 2022-ci ildə qaz ixracını 22,3 milyard kubmetrə qədər artırıb, Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac edilib.
Hazırda Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət