Martın 22-də Praqada "Caspian Energy Club" və "Caspian Energy Czechia"nın birgə təşkilatçılığı ilə 13-cü beynəlxalq "Caspian Energy Investment Forum Prague 2023" tədbiri keçiriləcək. İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO beynəlxalq foruma rəsmi dəstək göstərəcək. Tədbirin platinum sponsoru qismində "Financial Chain Corporation" (FCHAIN), bürünc sponsoru qismində isə "Energazer" şirkəti çıxış edir.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin "Caspian Energy Club" arasındakı uzunmüddətli sıx əməkdaşlığın mövcudluğunu vurğulayıb. Bu əməkdaşlıq çərçivəsində AZPROMO "Caspian Energy Club" tərəfindən dünyanın müxtəlif ölkələrində təşkil olunan "Caspian Energy Investment Forum"a və "CEO Award Azerbaijan", "Brand Award Azerbaijan" və "Brand Award International" kimi layihələrə də rəsmi dəstək göstərib.
"Caspian Energy Czechia" şirkətinin İdarə Heyətinin sədri Zaur Qədirov AZPROMO kimi nüfuzlu təşkilatdan gələn dəstəyin vacibliyini vurğulayıb: "Biz bu forumun təşkilində AZPROMO rəhbərliyinə göstərdikləri dəstək və köməyə görə öz təşəkkürümüzü bildiririk. Foruma həm Çexiyanın özündə, həm də xaricdə böyük maraq göstərilir. Bu forum, Avropa və Asiya bazarlarının yaxınlaşmasına kömək edəcək mühüm hadisədir. Forum tədbirdə iştirak edən ölkələr arasındakı sıx əməkdaşlığın yaranmasına töhfə verəcək. Foruma dövlət dəstəyinin vacibliyini qeyd etmək istərdim ki, bu da bizim üçün daha bir möhkəm stimuldur. Qeyd edim ki, forumun hər il keçirilməsi planlaşdırılır. Forumla yanaşı, 2023-cü ildə həmçinin bir sıra başqa tədbirlər də keçiriləcək. Bu tədbirlərin əsas məqsədi maraq göstərilən ölkələrə investisiyaların cəlb edilməsi və biznesin genişləndirilməsidir. Həmçinin bu il Çexiya üzrə bir neçə biznez-turlar təşkil olunacaq ki, bu da yerli biznes nümayəndələri arasında böyük maraq doğurur. Bununla bağlı daha ətraflı məlumat saytımızda dərc olunacaq. İşimizə maraq göstərən hər kəsə öz təşəkkürümüzü bildiririk".
Zaur Qədirov onu da qeyd edib ki, beynəlxalq forumda Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının 200-dən çox nümayəndəsi, dövlət və özəl şirkətlərin top-menecerləri iştirak edəcək.
Müzakirələr yeni imkanlar və perspektivlər, yaşıl enerji, Avropanın enerji təhlükəsizliyi, texnoloji innovasiyalar və rəqəmsal inkişaf, eləcə də Çexiyada investisiya imkanları mövzularını əhatı edəcək.
Forum üç sessiyadan ibarət olacaq ki, birinci sessiyada Çexiyanın inkişaf modeli, ikinci sessiyada Avropa ölkələri ilə türk ölkələrinin işgüzar dairələri arasında əməkdaşlıq məsələsi, üçüncü sessiyada isə iqtisadi islahatların regiona müsbət təsiri və yeni investisiya imkanları müzakirə olunacaq.
Qeyd: "Caspian Energy Club" dünyanın 50 ölkəsindən 5 000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. "Biznez-hökumət" dialoqunun fəal iştirakçısı olan "Caspian Energy Club"ın əsas məqsədi Azərbaycanda və "Caspian Energy Club"ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir. "Biznes-networking" üçün beynəlxalq platforma olan "Caspian Energy Club" mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil qərargahı Bakıda yerləşən "Caspian Energy Club"ın Türkiyə, BƏƏ, İsrail, Özbəkistan, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət