Ötən həftə Azərbaycan Banklar Assosiasiyası ənənəvi“Bankçılıq Mükafatları” adlı tədbir keçirib və ölkə banklarını 2022-ci ildəki fəaliyyətinə görə müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görüb. Bank Respublika ötən illərdə olduğu kimi, bu il də ən çox mükafat qazanan banklardan biri olub.
Bankın 2022-ci ildə həyata keçirdiyi sosial layihələrin hamısı yüksək qiymətləndirilib və bütün nominasiyalar üzrə qalib seçilərək 6 mükafat qazanıb:
- Korporativ sosial məsuliyyət layihələri həyata keçirən ən fəal bank;
- Ən fəal maliyyə savadlılığı dəstəkçisi;
- Ən fəal təhsil dəstəkçisi;
- Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ən fəal bank;
- Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ən fəal bank;
- Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarrifləndirmə layihələri həyata keçirən ən fəal bank.
Qeyd edək ki, Bank Respublika ötən il korporativ sosial məsuliyyət proqramı çərçivəsində bir çox layihələr həyata keçirib:
- “Nargis” Fondu ilə birgə şəhid və aztəminatlı ailələrə dəstək layihəsi;
- “Tənha anaların sosial inkişafına dəstək” layihəsi çərçivəsində Şamaxıda sosial müəssisə;
- “YAŞAT” Fondunun şəhid övladları üçün birgə təşkil etdiyi "YAŞAT" düşərgəsinə dəstək layihəsi;
- Şuşa şəhərində şəhid övladları üçün həyata keçirilən "Zəfər" Yay Məktəbinə dəstək layihəsi
Bundan başqa, Bank Respublika ölkədə nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə dünyada ilk dəfə olaraq Wolt kobrend kartını buraxmışdır. Bank həmçinin, əhalinin maliyyə savadlılığının artırılması məqsədilə sosial şəbəkələrdə və radioda rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri reallaşdırıb.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət