Caspian Energy Club Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birgə B2G forumu təşkil edib. Bu barədə Caspian Energy Club-un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.
B2G forumunda neft və qeyri-neft sektorunu təmsil edən dövlət və özəl şirkətlərin 120-dən çox top meneceri iştirak edib. Forumunun fəxri qonağı qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli iştirak edib.
Forumda həmçinin xidmət rəisinin müavinləri Elnur Bağırov, İlqar Həsənov, Cəfər Babayev və dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov da iştirak ediblər.
Tədbirdə çıxışı zamanı Məmməd Abbasbəyli iştirakçıları Dövləti Xidmətinin fəaliyyət istiqamətləri barədə məlumatlandırıb. Xidmət rəisi qeyd edib ki, ötən il ölkədə rəqabət mühitinin təmin olunması, dövlət satınalmaları sahəsində şəffaflığın artırılması, keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi və istehlakçı hüquqlarının qorunması sahəsində əhəmiyyətli işlər görülüb, geniş maarifləndirmə işləri aparılıb.
Azərbaycanda yeni Rəqabət Məcəlləsinin hazırlandığını xatırladan Xidmət rəisi layihənin bu sahədə mövcud qanunvericilik aktları əsasında, beynəlxalq təcrübə, o cümlədən Avropa, MDB dövlətlərinin təcrübələri öyrənilməklə hazırlandığını vurğulayıb. Onun sözlərinə görə, Rəqabət Məcəlləsinin qəbul edilməsi Azərbaycanda rəqabət mühitində və antiinhisar siyasətində rəqabəti və azad sahibkarlığı təşviq etməklə həm iqtisadiyyatın inkişafını, həm də istehlakçıların rifahını, məhsul və xidmətlərin keyfiyyətini təmin edəcək.
M.Abbasbəyli çıxışında "Ticarət fəaliyyəti haqqında" Qanun layihəsi üzərində işlərin davam etdiyini qeyd edib. Qanun Azərbaycan ərazisində ticarət fəaliyyətinin təşkili və həyata keçirilməsinin hüquqi əsaslarını və bu sahədə sahibkarlıq subyektlərinin öz aralarında yaranan münasibətləri tənzimləyəcək, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin bazara girişini asanlaşdıracaq və onların iri sahibkarlıq subyektləri qarşısında mənafelərini təmin edəcək.
Dövlət satınalmalarına nəzarətin həyata keçirilməsi ilə bağlı bildirilib ki, “Dövlət satınalmaları haqqında" yeni Qanun layihəsi hazırlanıb və aidiyyəti üzrə təqdim olunub.
Xidmət rəisi qeyd edib ki, Etender.gov.az portalının funksionallığının artırılması üzrə təkmilləşdirmə işləri aparılıb, istifadəçi interfeysi yenilənib. O, hazırda ölkədə elektron rəqabət portalı və standartlaşdırma, metrologiya və akkreditasiya sahəsində nəzarətin təşkili üçün rəqəmsal platforma - keyfiyyət portalı yaradılması istiqamətində işlərin aparıldığını bildirib.
Daha sonra Məmməd Abbasbəyli B2G forum iştirakçılarının bütün problem və təkliflərini dinləyib, sahibkarları maraqlandıran sualları cavablandırıb.
Telman Əliyev Məmməd Abbasbəyliyə klubun fəxri üzvü sertifikatını təqdim edərək, dövlət qurumuyla Caspian Energy Club arasındaki açıq dialoq və əməkdaşlığın genişləndirilməsində yaratdığı imkana görə öz təşəkkürünü bildirib.
B2G forumunun sonunda Məmməd Abbasbəyli Caspian Energy Club-a yeni üzv olan şirkətlərin top-menecerlərinə sertifikatlar təqdim edib.
Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin “B2G”, “B2B” və “B2C” formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
“Biznes-networking” üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Türkiyə, BƏƏ, İsrail, Özbəkistan, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət