Böyük Britaniyanın “Anglo Asian Mining Plc.” (AAM) şirkətiGilar yatağında (Azərbaycanın qərbində - İF) mineral ehtiyatların qiymətləndirməsini (“MRE”) artırıb.
“Artan qiymətləndirməyə görə Gilər yatağında qızıl ehtiyatı 249 min 83 unsiya qızıl, 46 min 466 ton mis və 48 min 786 ton sink təşkil edir. Ehtiyatların artması əlavə 13 quyunun qazılması ilə əlaqədardır. Qazıntının ümidverici nəticələri yatağın həcmini artırıb və minerallaşmaya dair əlavə əminlik verir. Qazıntının son nəticələri bir daha şirkətin kəşfiyyat və hasilat üçün Gilarda yeraltı tünelin tikintisinə başlamaq qərarını təsdiqləyir”, - AAM-nın məlumatında deyilir.
“Gilar - qızıl və mis hasilatı üzrə böyük layihə. Onun aşağı zonası potensial olaraq üç ildən çox müddətdə ildə təxminən 700 min ton həcmində zəngin filizlə təşviqat aşındırma zavodunu təmin edə bilər. Şirkət, Gilar hesabına Xarxar və Qaradağ yataqları istismara verilənə qədər Gədəbəydə hazırki emal gücü ilə istehsalını genişləndirə biləcəyinə görə çox məmnundur”, - press-relizdə şirkətin vitse-prezidenti Stiven Vestxedin sözlərindən sitat gətirilir.
“Gilar - Gədəbəy müqavilə ərazisində, şirkətin emal gücündən təxminən 7 km məsafədə yerləşən faydalı qazıntılar yatağıdır. Şirkətin məlumatına görə, bu rayonda iki növ minerallaşma mövcuddur: kvars damarlarında qızıl və hidrotermal məhlullardan qızıl-mədən filizi. Ümumilikdə, Gilar yatağında ümumi keçidi 41 min 661 metr olan 131 min quyu qazılıb.
Şirkət qeyd edir ki, Gilar yatağı üzrə MRE göstəriciləri JORC kimi ehtiyatların qiymtləndirməsi standartlarına əsaslanmır. Şirkər hazırki qazma vbə kəşfiyyat proqramı sona çatandan sonra JORC standartı üzrə hesabat təqdim etmək niyyətindədir.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il “Vejnəli”, “Gilar” və “Zəfər” yataqlarından hasilata başlanılması planlaşdırırlır.
PSA tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
2021-ci ilin sentyabr ayında imzalanmış yeni müqaviləyə əsasən, 3 yeni müqavilə bloku “Anglo Asian Mining”in sərəncamına verilib və şirkət bir yatağı işləmək hüququndan imtina edib. Bununla da hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
2022-ci ildə AAM Azərbaycanda 43,114 min unsiya qızıl (2021-ci illə müqayisədə azalma 11,4% - İF), 182,046 min unsiya gümüş (artım 17,8%) və 2,516 min ton mis (azalma 5%) hasil edib. 2022-ci ildə dünya bazarlarında bir unsiyası $1,783 min olan 34,918 min unsiya qızıl külçə (azalma 11,7%) satılıb.
2023-cü ildə “Anglo Asian Mining” qiymətli metal hasilatını 50 min unsiyadan 54 min unsiya qızıl ekvivalentinə qədər həcmdə proqnozlaşdırır. Bundan başqa, şirkət bu il qızıl hasilatını 30-32 min unsiya, mis hasilatını 4,1-4,3 min ton.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət