Azərbaycan gələcək əməkdaşlıq çərçivəsində prioritet sahələrin və layihələrin müəyyənləşdirilməsi üçün Avropa Komissiyası (AK) və Dünya Bankı (DB) ilə danışıqlar aparır. “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov deyib.
“Məlum olduğu kimi, hazırda biz Avropa Komissiyası ilə birgə “Flagship” iqtisadi və investisiya təşəbbüsü çərçivəsində istiqamət və layihələrin, eləcə də prioritet sahələrin müəyyənləşdirilməsi üzərində işləyirik”, - deyə Ə.Ələkbərov bu gün Aİ-nin maliyyə dəstəyi ilə DB tərəfindən həyata keçirilən “Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF): İcranın qiymətləndirilməsi üzrə illik toplantı”da bildirib.
O, həmçinin qeyd edib ki, İqtisadiyyat Nazirliyi DB ilə yaxın illər üzrə strategiya ilə bağlı müzakirələrə də başlayıb, bu dövrdə əməkdaşlığın prioritet sahələri müəyyən edilir. Ə.Ələkbərov vurğulayıb ki, AZTAF proqramı Avropa Komissiyası və DB ilə gələcək əməkdaşlığın əsasını təşkil edəcək. Müşavir AZTAF-a qoşulan bütün dövlət qurumlarını proqramdan maksimum fayda əldə etmək üçün fəal əməkdaşlığa çağırıb.
DB-nin Azərbaycan üzrə meneceri Sara Maykl, öz növbəsində, qeyd edib ki, DB qrupu Azərbaycan üçün yeni tərəfdaşlıq çərçivə proqramının hazırlanmasına başlayır. Bu proqram ölkənin strateji məqsəd və prioritetlərinə, eləcə də Azərbaycan 2030 baxışına uyğunlaşdırılacaq.
“Biz gözləyirik ki, AZTAF-ın uğurla həyata keçirilməsi təkcə əhali üçün fayda verməyəcək, həm də ölkə proqramımıza daxil ediləcək yeni layihə və təşəbbüslər üçün möhkəm analitik baza və innovasiya mənbəyi yaratmağa kömək edəcək”, - deyə S.Maykl qeyd edib.
Tədbirdə qeyd edilib ki, proqramın məqsədi dövlət müəssisələri və dövlət sektorunun idarəçiliyini gücləndirmək, iqtisadi islahatlar aparmaq, sosial inteqrasiyanı genişləndirmək və COVID-19-dan və digər xarici sarsıntılardan sonra effektiv bərpaya nail olmağa kömək etməkdir.
İqtisadiyyat Nazirliyi hökumət adından AZTAF proqramının koordinasiyasına və müvafiq benefisiarlar və digər tərəfdaşlarla qarşılıqlı əlaqələrə kömək etmək üçün məsul olan əsas tərəfdaşdır.
Bundan başqa, tədbirin məqsədi AZTAF tərəfindən maliyyələşdirilən 9 texniki yardım tədbiri çərçivəsində əldə edilmiş ilkin irəliləyişin təqdim edilməsi və maraqlı tərəflərin proqramın əsas sahələri, komponentləri və tədbirləri barədə məlumatlılığının artırılmasıdır.
AZTAF “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və Aİ-Azərbaycan tərəfdaşlığında əks olunan əsas prioritet sahələrə yönəlmiş bir sıra texniki yardım, analitik xidmətlər və konsultasiya tədbirlərinə dəstək verir.
Təşkilatçılar qeyd ediblər ki, Avropa İttifaqının maliyyələşdirdiyi və DB-nin icra etdiyi 3 illik (2022-2024-cü illər) proqramın büdcəsi 5,25 milyon avrodur.
DB 1992-ci ildən etibarən Azərbaycanda milli inkişaf prioritetlərini əhatə edən və ümumi dəyəri $4,4 milyard olan 50-dən çox müxtəlif layihəni maliyyələşdirib.*
X.Nəsirzadə
Azərbaycan yanvar-iyul aylarında 1,6 tona yaxın qızıl ixrac edib
Azərbaycan bankları bu gün valyuta hərracında $29,4 milyon cəlb edib
Bakı və Pekin yük dövriyyəsinin artırılması üzrə addımları razılaşdırıb
XİN-də qanvermə aksiyası keçirilib
DTA: Azərbaycan 2024-cü ildə ölkəyə turist axının 20% artımını gözləyir
Ermənistan müdafiə sahəsinə büdcə xərclərini artırır
Türkiyə və Ermənistan XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
Ərdoğan: İrəvanla Bakı arasında normallaşmada irəliləyiş regional proseslərə təkan verəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
AccessBank mebel təchizatı üzrə tender elan edir.
DTA «Xınalıq və Köç yolu» Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğuna mediatur təşkil edib
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək
Zəngilanda və Bakıda II Şəhərsalma Forumu keçiriləcək
Sentyabrın 26-da Bakıda TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı keçiriləcək
“Ermənisayağı aclıq oyunları”nın siyasi prokatda iflası
Yaşıl Kart Sistemi çərçivəsində 2021-2022-ci illər üzrə müqaisə və nəticələr