2022-ci ildə fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələri $3 milyard 620,117 milyon təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 3,2 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Hesabat dövründə köçürmələrin böyük hissəsi - $2 milyard 969,44 milyon (artım 4,8%) və ya fiziki şəxslərin bütün köçürmələrinin 82%-i (2021-ci ildə xüsusi çəki 13,6%) Rusiyadan həyata keçirilib.
Fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə Türkiyə ($122,141 milyon, artım 13,3%), ABŞ ($155,342 milyon, artım 2,1 dəfə), Almaniya ($53,585 milyon, artım 2 dəfə) və Böyük Britaniya ($33,959 milyon, azalma 7,7%) daxildir.
AMB-nin məlumatına görə, 2022-ci ildə Azərbaycandan xaricə pul köçürmələrinin həcmi 0,5% artaraq $664,798 milyona çatıb.
Fiziki şəxslərin Azərbaycandan pul köçürmələri həyata keçirdiyi ölkələr arasında birinci yeri Türkiyə ($173,894 milyon, azalma 4,2%) tutur. 2022-ci ildə Azərbaycandan bütün köçürmələrin 26,2%-i (2021-ci ildə 27,4%-i) Türkiyənin payına düşüb.
Azərbaycanda fiziki şəxslərin pul köçürmələri həyata keçirdiyi ölkələrin ilk beşliyinə Gürcüstan ($59,322 milyon, azalma 24,6%), ABŞ ($136,824 milyon, artım 2,7 dəfə), RF ($90,439 milyon, azаlmа 22,9%) və Böyük Britaniya ($31,27 milyon, azalma 31,9%) daxildir.
2021-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi $1 milyard 133,391 milyon (2020-ci illə müqayisədə artım 3,6%), Azərbaycandan köçürmələrin həcmi $661,512 milyon (artım 18,9%) təşkil edib.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət