Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov öncə Ali Məktəbin kampusu ilə tanış olan nümayəndə heyətinə burada yaradılan müasir tədris şəraiti, tədqiqat mühiti, tələbə və məzunların uğurları barədə ətraflı məlumat verib. Sonra keçirilən görüşdə Elmar Qasımov Çin Neft Universiteti ilə BANM arasında əməkdaşlığa toxunaraq bildirib ki, 2018-ci ildən etibarən həyata keçirilən bu əməkdaşlıq çox uğurludur və böyük perspektivləri var. Rektor xatırladıb ki, BANM-in tələbələri Çin Neft Universitetinin təşkil etdiyi beynəlxalq yarışlarda uğurları ilə fərqlənib, mükafatlara layiq görülüb, həmçinin BANM-in 5 məzunu Çin Neft Universitetinin müxtəlif ixtisaslarında magistratura səviyyəsində təhsil alıb.
Elmar Qasımov BANM ilə Çin şirkətləri və universitetləri arasındakı əməkdaşlıqdan da bəhs edərək qeyd edib ki, Çinin aparıcı İT şirkəti olan “Huawei” ilə BANM arasında uğurlu əməkdaşlıq mövcuddur: “2019-cu ildən başlayan əməkdaşlıq çərçivəsində şirkət tədris və tədqiqat məqsədləri ilə istifadə oluna bilən laboratoriya avadanlıqlarını BANM-ə hədiyyə edib.Tələbələrimiz şirkətin təşkil etdiyi bir sıra yarışlarda da uğurları ilə daim seçilib, qalib olaraq sertifikat və hədiyyələrə layiq görülüblər. Bundan başqa, bu tədris ilində Neft-qaz mühəndisliyi ixtisasında (magistratura səviyyəsində) hökumətlərarası təqaüd proqramı əsasında təhsil almaq üçün 3 çinli tələbə Ali Məktəbimizə qəbul olunub. Bu, BANM üçün ilk belə təcrübədir və inanırıq ki, Ali Məktəbin gündən-günə artan nüfuzu gələcəkdə daha çox sayda Çin vətəndaşının müxtəlif ixtisaslarda təhsil almasına imkan verəcək. Bir sözlə, BANM-də çinli tələbələrin sayının artmasında maraqlıyıq”.
Çin Neft Universitetinin rektoru professor Çen Feng Bakı Ali Neft Məktəbində yaradılan şəraiti yüksək qiymətləndirərək əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından danışıb. Bildirib ki, pandemiya bitəndən sonra ilk xarici səfərini məhz Azərbaycana, Bakı Ali Neft Məktəbinə edib. Rektor Ali Məktəbin qısa müddətdə sürətli inkişaf yolu keçdiyini xüsusi vurğulayıb. O, BANM -in gələcəyinin parlaq olduğuna əminliyini bildirib.
Daha sonra görüş geniş tərkibdə davam etdirilib. Çin Neft Universiteti ilə bağlı təqdimat olub. Qeyd edilib ki, bu universitetdə də tədris istehsalatla sıx əlaqədə həyata keçirilir.
Çen Feng bəyan edib ki, 1953-cü ildə yaradılan Çinin ilk Neft Universitetinin bu il 70 yaşı tamam olur. O, bu münasibətlə Pekində keçiriləcək yubiley tədbirinə Elmar Qasımovu da dəvət edib. BANM-in rektoru isə bu dəvəti böyük məmnuniyyətlə qəbul edib. Çinli rektor Dünya Enerji Universitetləri Şəbəkəsinin fəaliyyətində aktiv olmağı, qarşılıqlı mübadilə proqramlarının həyata keçirilməsi üçün mexanizmin hazırlanması, tələbələrin elmi- tədqiqat layihələrinin dəstəklənməsini, ölkəsində keçirilən 700-ə yaxın universitetin qatıldığı karbon neytrallaşması ilə əlaqədar yarışda Bakı Ali Neft Məktəbinin iştirakını təklif edib.
Sonda Çin Neft Universitetinin rektoru Çen Fengə Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq“ plaketi təqdim olunub.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət