Azərbaycan regionda yeni tranzit nəqliyyat imkanları, o cümlədən Zəngəzur dəhlizi çərçivəsində Qazaxıstanla əməkdaşlığın inkişafında maraqlıdır. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov bəyan edib.
“Ölkələrimizin tranzit potensialının artırılması məqsədilə, Çindən və Mərkəzi Asiya ölkələrindən Avropaya yük axını üçün nəqliyyat-logistika əlaqələrinin inkişafı kritik önəm kəsb edir. Biz Tranxəzər beynəlxalq nəqliyyat dəhlizinin inkişafı çərçivəsində, həmçinin yeni tranzit nəqliyyat imkanları, o cümlədən Zəngəzur dəhlizi çərçivəsində əməkdaşlığı davam etdirməyə və dərinləşdirməyə hazırıq”, Şahbazov cümə günü Bakıda keçirilən Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 19-cu iclasında çıxışı zamanı bildirib.
Həmçinin, nazir məlumat verib ki, 2022-ci ilin yekunları üzrə Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 4,4 dəfə - $598 milyonadək artıb.
"Ölkələrimiz arasında ticarət-iqtisadi missiyaların inkişafında ticarət missiyaları xüsusi rol oynayır. Bundan əlavə, investisiya əməkdaşlı strateji istiqamətdir. Mən maraqlanan Qazaxıstan şirkətlərini bu istiqamətdə əməkdaşlığın inkişafına dəvət edirəm", - nazir qeyd edib.
Şahbazov xatırladıb ki, SOCAR ilə Kazmunayqaz şirkətləri arasında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 1,5 milyon ton Qazaxıstan neftinin nəqlinə dair saziş imzalanıb və aprel ayında tranzit həcmi 125 min ton təşkil edəcək.
Həmçinin nazir Qazaxıstan şirkətlərini bərpaolunan enerji mənbələri və enerji səmərəliliyi sahələrində əməkdaşlığın inkişafına dəvət edib. «Ölkələrimiz yaşıl enerjiyə keçid üçün ciddi səy göstərir, müvafiq strukturlar arasında fəal dialoq aparılır», - o deyib.
Şahbazov əlavə edib ki, Azərbaycan Qazaxıstanla ticarət, enerji, informasiya texnologiyaları, kənd təsərrüfatı, təhsil, səhiyyə və miqrasiya sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. **
N.Abbasova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət