Naxçıvana yanacaq daşıyan nəqliyyat vasitələrindən İran tərəfinin təhlükəli yüklərin daşınmasına görə aldığı yol vergisinin məbləği 320 ABŞ dolları, digər xərclər isə 25 ABŞ dolları azaldılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, artıq Azərbaycan daşıyıcıları İrana və İrandan təhlükəli yüklərin daşınmasını həyata keçirərkən 520 ABŞ dolları deyil, 175 ABŞ dolları ödəyirlər.
Həmçinin ağır çəkili avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə verginin məbləğinin 38 tondan deyil, 41 tondan sonra hesablanması təsdiqlənib.
Yüksüz maşınlar üçün rüsumun məbləği isə 105 ABŞ dollarından 85 ABŞ dollarına endirilib.
Razılaşdırılmış azadolmalar 2023-cü ilin aprel ayından etibarən tətbiq edilir.
“Tətbiq edilən azadolmalar nəticəsində bu istiqamətdə beynəlxalq avtomobil daşımalarını həyata keçirən milli daşıyıcıların xərcləri təxminən 3 dəfəyə qədər azalır. Bu da daşıyıcıların maliyyə vəziyyətinin yaxşılaşmasına və avtomobil nəqliyyatı parkının sürətli yenilənməsinə ciddi töhfə verəcək”, - deyə məlumatda bildirilir.*
B.Rüstəmbəyov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət