Azərbaycan və Gürcüstan ilə sərhəddə Rusiyanın bir sıra keçid məntəqələrinin yenidən qurulması və əlavə təchizatı 2026-cı ilin sonuna qədər avtomobillə daşınan yüklərin həcmini 2,6 dəfə, hazırki 10 milyon tondan ildə 26,3 milyon tona qədər artırmağa imkan verəcək. Bu barədə “İnterfaks”a “Beynəlxalq nəqliyyat dəhlizləri Müdiriyyəti” MQT-nin direktor müavini Sergey Saburov “Xəzər regionunun nəqliyyat logistikası” forumu çərçivəsində məlumat verib.
Həmçinin, dəmir yolu ilə yüklərinin buraxılış həcmi ildə 15 milyon tona qədər artacaq. Söhbət Yuxarı Lars (Gürcüstanla sərhəddə), həmçinin Dağıstanın Yaraq-Kazmalyar, Tagirkent-Kazmalyar, Novo-Filya və Dərbənd (Azərbaycanla sərhəddə) keçid məntəqələrindən gedir.
"Keçid məntəqələrinin infrastrukturunun inkişafı baxımından bir sıra obyektlərin (Yuxarı Lars, Yaraq-Kazmalyar, Tagirkent-Kazmalyar, Novo-Filya, Dərbənd) yenidən qurulması və əlavə təchizatı planlaşdırılır. Bu, 2026-cı ilin sonuna qədər ildə 26,3 milyon ton həcmində avtomobil keçid məntəqələrinin buraxılış qabiliyyətinə çatmağa imkan verəcək ki, bu da ildə 16,3 milyon ton artım təşkil edəcək. Dəmir yolu keçid məntəqəsinin keçid qabiliyyəti tədbirlərin icrasının yekunları üzrə 15 milyon ton təşkil edəcək", - Saburov bildirib.
O qeyd edib ki, eyni zamanda İran və Azərbaycan tərəfləri ilə İran ərazisində Reşt-Astara dəmir yolu hissəsinin tikintisi layihəsi üzrə iş aparılır. Bu layihə «Şimal-Cənub» BND-nın qərb marşrutu ilə yüklərin daha sürətli və rahat keçidini təmin edəcək. Bununla da yüklərin dəmir yolu nəqliyyatından avtomobil nəqliyyatına yüklənməsinin zəruriliyi istisna edilir. **
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət