Özbəkistan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumun baş tutmuş hesab edilməsi üçün tələb olunan həddə çatılıb. “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin Daşkənddən verdiyi xəbərə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Bəhrom Kuçkarov məlumat verib.
“Qanuna əsasən, referendumda səsvermə hüququna malik olan vətəndaşların yarıdan çoxu səs verdikdə, referendum baş tutmuş sayılır. Beləliklə, müəyyən edilmiş həddə çatılıb”, - deyə o, bu gün birifinqdə bildirib.
Kuçkarov qeyd edib ki, saat 13:00-a (Bakı vaxtı ilə saat 12:00-a) olan məlumata görə, 12 milyon 83 min 105 vətəndaş bülleten alıb ki, bu da siyahılara daxil edilmiş vətəndaşların sayının 62,24%-ni təşkil edir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət