Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT DTİHB) missiyası Özbəkistan Konstitusiyasına dəyişiklik və əlavələrin edilməsi ilə bağlı referendumun nəticələrini müsbət qiymətləndirib.
“Özbəkistan Konstitusiyasına dəyişikliklərlə bağlı referendum texniki cəhətdən yaxşı hazırlanıb və müxtəlif hüquq və azadlıqların təkmilləşdirilməsi niyyəti kimi geniş işıqlandırılıb. Dəyişiklik layihəsi ilə bağlı məsləhətləşmə prosesi ümumiyyətlə hərtərəfli olub”, - deyə ATƏT DTİHB-nin məhdud missiyasının rəhbəri Albert Yonsson bu gün Daşkənddə keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, DTİHB-nin müşahidə missiyasının bir çox həmsöhbətləri təklif olunan dəyişiklikləri gender bərabərliyinin möhkəmlənməsinə, dövlətin vətəndaşlar və həssas qruplar qarşısında sosial öhdəliklərinin artmasına töhfə verən təkmilləşdirmə addımları kimi alqışladılar. Konstitusiya islahatları prosesi kifayət qədər uzun olub, təkliflərin böyük hissəsi nəzərə alınıb.
“Yenilənmiş Konstitusiyada qadınlara qarşı ayrı-seçkiliyə yol verilməməsi üçün möhkəm hüquqi əsas yaradılır”, - deyə Yonsson əlavə edib.
ATƏT DTİHB missiyası referendumun ilkin nəticələrini müsbət qiymətləndirib. Missiya üzvləri Mərkəzi Seçki Komissiyasının öz səlahiyyətləri daxilində səmərəli fəaliyyətini qeyd ediblər.
Aprelin 30-da keçirilən referendumda Özbəkistan Konstitusiyasına dəyişiklikləri seçicilərin 90,2%-i dəstəkləyib.
Ümumilikdə ölkə Konstitusiyası 65% yenilənəcək. Dəyişikliklər arasında senatorların sayının 100-dən 65-ə endirilməsi, Özbəkistan prezidentinin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər uzadılması, ölüm hökmünün ləğv edilməsi, ölkə vətəndaşının xarici dövlətə ekstradisiyasının ləğv edilməsi ilə bağlı bəndlər var.
Mövcud Konstitusiya 1992-ci ildə qəbul edilib, ötən dövr ərzində ölkənin əsas qanununa 15 dəfə dəyişiklik edilib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət