Azərbaycan prezidenti İlham Əliyev 2027-ci ilə qədər Azərbaycan qazının Avropaya nəql həcminin 20 milyard kubmetrdək artırılması ilə bağlı planları “tamamilə real” adlandırıb.
“Biz (Azərbaycan - İF) 2027-ci ilə qədər tədarükün iki dəfə artırılmasına dair Anlaşma Memorandumu imzaladıq, bu, 20 kubmetrə yaxındır. Düşünürəm ki, bu tamamilə realdır (planlar - İF), əks halda biz bunu (memorandumu - İF) imzalamazdıq. Fors-major hallar baş verməsə, bu tamamilə realdır”, - Əliyev çərşənbə günü Şuşada “Böyük Avrasiya geosiyasətininformalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda çıxışında bildirib.
Azərbaycan prezidenti Avropaya qaz ixracının artırılması üçün mənbə olaraq “Şahdəniz”, “Abşeron” yataqlarının, “Azəri-Çıraq-Günəşli” (AÇG) blokundan deep qaz, “Ümid-Babək” və “Qarabağ” yataqlarının adlarını çəkib, o cümlədən, idarəetmənin səmərəliliyi, itkilərin azaldılması, qaz paylama şəbəkəsinin modernləşdirilməsi və bərpa olunan enerji mənbələrini qeyd edib ki, onlardan istifadə ixrac üçün əlavə qaz həcminin azad edilməsinə imkan verəcək.
Eyni zamanda, Əliyev Avropa ölkələrinə gələcəkdə tədarük məqsədilə artıq “tam gücü ilə işləyən” TAP qaz kəmərinin genişlənməsinin zəruriliyini qeyd edib.
Dövlət başçısı əlavə edib ki, 2021-ci ildə Azərbaycan qazının Aİ ölkələrinə ixracı təxminən 8 milyard kubmetr təşkil edib, 2023-cü ildə təxminən 12 milyard kubmetr təşkil edəcək. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət