Azərbaycan və Avropa İttifaqı (Aİ) Bakı və Brüssel və bütün region üçün aktual olan xarici və təhlükəsizlik siyasəti məsələlərinin müzakirəsinin davam etdirilməsi ilə bağlı razılığa gəlib.
Avropa Xarici Siyasət Xidmətindən (ЕВС) “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, müvafiq razılıq çərşənbə günü Brüsseldə IV Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqunun iclasının yekunları üzrə əldə edilib.
“Görüşün yekunları üzrə Aİ və Azərbaycan tərəflər və bütün region üçün aktual olan xarici və təhlükəsizlik siyasəti məsələləri üzrə mütəmadi fikir mübadiləsinin davam etdirilməsi barədə razılığa gəlib”, - deyə məlumatda bildirilir.
İştirakçılar Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, regional təhlükəsizlik məsələlərini və regionda sülh və sabitliyin qorunmasında Aİ-nin rolunu müzakirə ediblər. Bundan başqa, xarici siyasət, təhlükəsizlik və mümkün gələcək əməkdaşlıq, o cümlədən kibertəhlükəsizlik və hibridtəhlükəsizliyə qarşı mübarizə, ekstremizm və terrorizmlə mübarizə, kosmik fəaliyyət sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında konstruktiv müzakirələr aparılıb.
Brüsseldə Azərbaycanın Aİ-nin etibarlı enerji tərəfdaşı kimi rolu qeyd olunub.
“Avropa İttifaqı ilə Azərbaycan arasında IV Təhlükəsizlik Dialoqu zamanı Aİ xarici və təhlükəsizlik siyasəti məsələlərində əməkdaşlığın möhkəmləndirilməsində maraqlı olduğunu, xüsusilə mövcud mürəkkəb beynəlxalq şəraitdə sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsi maraqları naminə işləməyə hazır olduğunu təsdiqləyib”, - deyə Avropa Birliyinin Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora bildirib.
IV Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqunun iclası 2023-cü il mayın 3-də Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Avropa Birliyinin Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Moranın həmsədrliyi ilə keçirilib.*
R.Kərimov
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət