Caspian Energy Club 30 may 2023-cü il tarixində keçiriləcək 2-ci Xəzər Su İnnovasiya Forumun (Caspian Water İnnovation Forum) baş networking tərəfdaşı olacaq. Bu barədə Caspian Energy Club İdarə Heyətinin sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Tədbir ölkəmizdə su təchizatı, su tullantılarının emalı, sudan qənaətli istifadə edən texnologiyaların ölkəyə cəlb olunması, su ehtiyatlarının və ətraf mühitin qorunub saxlanması kimi məsələlərin müzakirəsinə həsr olunacaq. Forum “Aqualink” MMC təşkilatı, “Nijhuis Saur Industries”, “A. O. Smith”, “ARC water technologies” şirkətlərinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin dəstəyi ilə keçiriləcək.
“Biz Azərbaycanda su təhlükəsizliyi sahəsində baş verən bütün tədbirləri izləyir və bu istiqamətdə təşəbbüsləri hər zaman dəstəkləyirik. Ümid edirəm ki, bu forum yerli mühit və təcrübəni nəzərə alaraq, su problemlərinin həlli yollarını tapmağa kömək edəcəkdir”, - deyə Telman Əliyev bildirib.
Aqualink” MMC-nin icraçı direktoru Orxan Mikayılın sözlərinə görə, forumun əsas hədəfi regionda su təsərrüfatlarının idarəedilməsi, tullantı suların təkrar emalı, ekoloji sistemə təsirlərin müəyyən edilməsində yeni dünya təcrübəsinin mübadiləsi və qabaqcıl texnologiyaların nümayişi məqsədilə dövlət və özəl sektorunu bir araya gətirən müzakirə və əməkdaşlıq platformasının yaradılmasıdır.
“Forum ölkəmizdə sudan səmərəli istifadəni təşviq etmək, çirkab (tullantı) suların təkrar emalı vasitəsi ilə ətraf mühitə olan negativ təzyiqlərin (footprint) azaldılması, bu sahədə olan effektiv və mütərəqqi texnologiyaların öyrənilməsi, tətbiqi, o cümlədən dövlət və özəl sektorun sıx əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində müzakirə mühitinin yaradılmasına fokuslaşacaq”, - Orxan Mikayıl əlavə edib.
Forumda İsrail, Türkiyə, Yaponiya, Niderland Krallığı, Almaniya, Belçika Krallığı, Ukrayna, Qazaxıstan, Rusiya Federasiyası və digər ölkələrin aparıcı şirkətlərinin və tanınmış mütəxəssislərinin, o cümlədən 500-dən çox şirkət nümayəndələrinin, dövlət və özəl sektorunda çalışan mütəxəssislərin iştirakı gözlənilir.
Forum əsnasında “Su ehtiyatlarının və təsərrüfatlarının idarəedilməsi”, “Tullantı su sistemlərinin idarəedilməsi və təkrar emalı”, “İnnovasiya və səmərəli həllər” panelləri üzrə müxtəlif mövzular müzakirə ediləcək.
Tədbir çərçivəsində ölkəmizdə sudan qənaətlə istifadə edən, su təsərrüfatının idarəedilməsində səmərəli və innovativ texnologiyalara keçid edən, sənayedə tullantı suları idarəedən və təkrar emal edən müəssisələrin mükafatlandırılması məqsədilə təsis edilmiş “GREEN BUSİNESS AWARD” mükafatı seçilmiş şirkətlərə tədbir günü təşkil ediləcək “GALA” konsertdə təltif ediləcəkdir.
Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platform olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, Gürcüstan,Özbəkistan, Qazaxıstan, Çexiya, Israil, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət