Ççərşənbə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın Yaxın Şərq, Şimali Afrika, Cənubi Asiya və BMT üzrə dövlət naziri Tariq Mahmud Əhməd ilə görüş zamanı Bakı ilə London arasında əməkdaşlığı, o cümlədən regional məsələləri müzakirə edib.
“Görüşdə Azərbaycan və Böyük Britaniya arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regional məsələlər müzakirə olunub”, - XİN-in məlumatında deyilir.
Qeyd olunur ki, Bayramov əlaqələrin daha da inkişaf etdirilməsi üçün mövcud imkanlardan istifadənin zəruriliyini diqqətə çatdırıb.
O, iki ölkənin birgə layihələrin həyata keçirilməsi təcrübəsinə istinad edərək Bakının London ilə bu əməkdaşlığı davam etdirilməsində maraqlı olduğunu söyləyib.
Nazir həmçinin alternativ enerji resurslarının inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.
Azərbaycan XİN başçısı Cənubi Qafqazda mövcud vəziyyət, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Bakı və İrəvan arasında münasibətlərin normallaşması ilə bağlı Əhmədi məlumatlandırıb. Bayramov Böyük Britaniyanın mina təhdidinə qarşı mübarizə istiqamətində göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Öz növbəsində, Tariq Mahmud Əhməd Bakı ilə London arasında strateji dialoqun genişləndirilməsinin vacibliyini qeyd edib. O bəyan edib ki, Böyük Britaniya regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səyləri, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş Reykyavik şəhərində Avropa Şurasının Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Görüşü çərçivəsində baş tutub. **
R.Kərimov
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət