Moskva Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada erməni həmkarı Ararat Mirzoyanla görüşdə deyib.
Lavrov Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli razılaşmaların əhəmiyyətini qeyd edib. Onun fikrincə, sülh müqaviləsi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası da daxil olmaqla bütün məsələlərin həllində məhz bu razılaşmalar həlledici rol oynamalıdır.
“Hesab edirəm ki, bütün bu istiqamətlərdə tərəqqi Cənubi Qafqazda sülhə nail olmaq üçün əsas şərtdir. Rusiyanın bu regionda tarixi rolu və ən ciddi maraqları var”, - deyə RF XİN başçısı vurğulayıb.
O əlavə edib ki, Rusiya qarşıdakı tədbirlərin faydalı olması və konkret nəticələrə nail olunması üçün əlindən gələni edəcək.
Lavrov bildirib ki, RF, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında bugünkü görüşün əsas mövzusu İrəvan-Bakı münasibətlərinin normallaşmasıdır.*
Xəbərlər şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət