Mərkəzi Bankda (AMB) ölkəmizdə fəaliyyət göstərən kommersiya banklarının və müvafiq maliyyə qurumlarının aidiyyəti nümayəndələrindən ibarət SWIFT İstifadəçilər Qrupu ilə görüş keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi AMB-yə istinadən xəbər verir.
“Görüş zamanı ölkənin milli ödəniş infrastrukturunun cari vəziyyəti, ISO20022 beynəlxalq standartına keçid üzrə görülmüş işlər və ödəniş xidmətlərinin inkişaf perspektivləri, SWIFT təşkilatı tərəfindən reallaşdırılan hazırki və gələcək fəaliyyət proqramları, o cümlədən SWIFT-in komplayens həllərinin əsas xüsusiyyətləri, müştəri təhlükəsizliyi proqramının məqsəd və prinsipləri müzakirə olunub”, - deyə məlumatda bildirilib.
Görüşdə SWIFT təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində ölkədə innovativ ödəniş xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, həmçinin etibarlı, davamlı və təhlükəsiz ödəniş həllərinin təqdim edilməsi istiqamətində praktiki diskusiyalar aparılıb.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət