Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ermənistan tərəfindən əsir götürülmüş azərbaycanlı əsgərlər Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu ilə bağlı BMT baş katibinə məktub ünvanlayıb.
“Sizdən Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn pozulmasını qətiyyətlə pisləməyi, bu ölkənin öz beynəlxalq öhdəliklərinə uyğun olaraq girovluqda olan Azərbaycan əsgərlərini ləyaqət və həyatlarına hörmət prinsipi əsasında dərhal qeyd-şərtsiz azad etməsi üçün Ermənistana təzyiq göstərməyi xahiş edirəm”, - deyə məktubda bildirilir.
Məktubda qeyd olunur ki, iki azərbaycanlı əsgər Aqşin Bəbirov və Hüseyn Axundov aprel ayında əlverişsiz hava şəraiti ilə əlaqədar yolu azaraq itkin düşüb, daha sonra Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb, erməni sosial şəbəkələrində yayılan çoxsaylı video və fotoşəkillərdən aydın olub ki, əsgərlər işgəncə və digər qeyri-insani davranışlara məruz qalıblar.
Bayramov qeyd edib ki, Ermənistan tərəfi bu əməlləri törədənləri cəzalandırmaq əvəzinə, Azərbaycan əsgərlərindən sövdələşmə subyekti kimi istifadəyə cəhd edir. Ermənistan Azərbaycan əsgərlərinə qarşı qondarma ittihamlar irəli sürərək barələrində qurama məhkəmə işi təşkil edib.
“Ermənistan məhkəməsi yolu azaraq Ermənistan tərəfə keçən azərbaycanlı hərbçi Aqşin Bəbirovu 11 il 6 ay 15 gün müddətinə azadlıqdan məhrum edib. Ermənistan vətəndaşını öldürməkdə ittiham olunan Hüseyn Axundovun cinayət işi üzrə istintaq isə davam edir. Bəbirovla bağlı qondarma qərarı nəzərə alaraq, onunla bağlı veriləcək “qərarın” daha pis olacağı gözləniləndir”, - deyə XİN başçısı yazıb.
Məktubda əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı Ermənistan rəsmiləri tərəfindən bir-biri ilə ziddiyyət təşkil edən açıqlamaların verildiyi və bu cür məsuliyyətsiz davranışı ilə Ermənistanın beynəlxalq humanitar hüquqa və humanizm prinsiplərinə məhəl qoymadığının bir daha nümayiş etdirildiyi qeyd olunur.
Məktubda Ermənistan tərəfinin bu məsuliyyətsiz addımla ölkəmizin erməni əsirlərinin, xüsusilə də yolu azaraq sərhədi keçmiş 10-dan artıq erməni hərbçinin qeyd-şərtsiz dərhal geri qaytarılması üzrə etimad quruculuğu tədbirlərinə qarşılıq verməməsinin Ermənistanın bölgədə barışıq və etimad yaradılması tədbirlərində maraqlı olmadığını göstərdiyi diqqətə çatdırılır.
Nazir əlavə edib ki, Ermənistan tərəfinin bütün bu təxribatçı addımları beynəlxalq ictimaiyyətin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı səylərini artırdığı dövrə təsadüf edir.
Məktubda bildirilir ki, Ermənistan tərəfindən təşkil olunmuş qondarma “məhkəmə prosesi” iki ölkə xarici işlər nazirləri arasında Vaşinqtonda 4 gün davam edən danışıqlardan bir neçə gün sonra, Avropa İttifaqı və digər tərəfdaşların vasitəçiliyi ilə iki ölkənin dövlət başçılarının görüşü ərəfəsində baş vermişdir.
“Bu, onu göstərir ki, Ermənistan sülh gündəliyinin həyata keçirilməsində maraqlı deyil və onun əsas məqsədi sülh prosesini ləngitmək və postmünaqişə dövründə barışıq səylərini boşa çıxarmaqdır”, - deyə Bayramov hesab edir.
XİN başçısı vurğulayıb ki, Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan əsgərləri barəsində qurama məhkəmə işinin qurulması beynəlxalq humanitar və insan hüquqlarının kobud şəkildə pozulmasıdır.
“Bu, həmçinin Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik və milli zəmində təşviq edilən nifrət və irqi ayrı-seçkiliyin əyani təzahürüdür ki, bu da Ermənistanın İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya çərçivəsində öhdəlikləri ilə ziddiyyət təşkil edir”, - deyə nazir hesab edir.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət