“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə yüklərin daşınma potensialının artırılması istiqamətində tikinti tempinin sürətləndirilməsi üçün zəruri tədbirlər həyata keçirir.
ADY-dən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, QSC Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstandan keçən, uzunluğu 183 km olan mürəkkəb coğrafi relyefə malik sahəsində təmir-bərpa, rekonstruksiya və tikinti işlərini sürətləndirmək və layihənin qısa müddətdə başa çatdırılması üçün yeni podratçılar cəlb edib.
“2017-ci ildən ilkin olaraq istifadəyə verilmiş sözügedən dəmir yolu xəttinin çətin relyefli dağlıq və meşəlik ərazidən keçən Marabda-Kartsaxi sahəsində təmir-bərpa işlərinə başlanılması yol təsərrüfatının sağlamlaşdırılması, onun buraxıcılıq gücünün artırılması və hərəkətin təhlükəsizliyi baxımından həyata keçirilən tədbirlərdir. Hazırda aparılan cari işlər nəticə etibarilə Çin və Orta Asiyadan daha çox yükün qəbul edilərək Avropaya çatdırılmasında önəmli rol oynayacaq”, - deyə məlumatda qeyd olunur.
Belə ki, Asiyadan gələn yüklərin Azərbaycan üzərindən biraşırımlı əməliyyatla Avropaya daha sürətli çatdırılması BTQ-nin regional nəqliyyat şəbəkəsindəki əhəmiyyətini daha da önə çıxarır.
Hazırda xətlər tam elektrikləşdirilib, dəmiryol xəttinin inşası əsasən tamamlanıb, 12 stansiyada elektrik təchizatı, rabitə və işarəvermə qurğularının, stansiya işçiləri üçün inzibatı binaların, müasir köməkçi kommunikasiya işlərinin tamamlanması yerinə yetirilir.
“Yuxarıda qeyd olunan layihə üzrə müvafiq tamamlanma işlərinin qısa zaman ərzində yekunlaşdırılması üçün may ayının ortasından etibarən yolda yüklərin daşınması müvəqqəti olaraq məhdudlaşdırılıb”, - deyə məlumatda vurğulanıb.*
Xəbərlər şöbəsi
RF şirkətləri Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılması üçün 20-dən çox layihə təqdim ediblər
Bayramov və AŞ baş katibi Cənubi Qafqazda postmünaqişə vəziyyətini müzakirə ediblər
İsveçrə 10 ay ərzində Azərbaycana dərman vasitələrinin ixracını 58% artırıb
Danimarka parlamentində dini kitabların təhqir olunmasını qadağan edən qanun qəbul edilib
Azərbaycanın qərbində avtomobil yolunun əsaslı təmiri üçün AAYDA-ya 2 milyon manat ayrılacaq
Xarici investor ilk dəfə Naxçıvanın səhiyyə sisteminə 5 milyon manat sərmayə qoyub
Naxçıvanda yeni fiber-optik magistral şəbəkənin yaradılmasına 1,5 milyon manat yönəldiləcək
Aİ 2024-cü ildə Fələstinə 125 milyon avro məbləğində ilkin humanitar yardım nəzərdə tutur
Ərdoğan Fransanın Ermənistana zirehli nəqliyyat vasitələri göndərməsini təxribat adlandırıb
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Bakcell dünyanın ən sürətlilərinin sürət tərəfdaşı oldu!
CityNet-in əsas tərəfdaşlığı ilə GameSummit festivalı keçiriləcək
Bank Respublika “İkiqat Dəstək” mikro kredit kampaniyasına start verir!
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək