Ortamüddətli perspektivdə Azərbaycan alternativ mənbələrdən əldə olunan elektrik enerjisinin və “yaşıl enerji”nin ixracatçısına çevrilməyi planlaşdırır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Ortamüddətli perspektivdə Azərbaycan alternativ mənbələrdən əldə olunan elektrik enerjisinin və “yaşıl enerji”nin ‒ hidrogenin ixracatçısına çevrilməyi hədəfləyir”, - Əliyevin “Bakı Enerji Həftəsi”nin iştirakçılarına ünvanladığı məktubda deyilir.
Onun sözlərinə görə, həmçinin Qarabağda və Şərqi Zəngəzurda “yaşıl enerji” zonasının yaradılması ölkəni alternativ enerji istehsalçısı və ixracatçısına çevirəcək.
Əliyev çərşənbə günü 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin açılış mərasimində çıxışı zamanı qeyd edib ki, Azərbaycan bərpa olunan enerji sahəsində mühüm potensiala, xüsusilə Xəzər dənizinin Azərbaycan sektorunda 157 qeqavat külək enerjisin malikdir.
Əliyev, 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında” saziş barədə söz açaraq, “sazişin daha çox ölkə və şirkətin iştirakı ilə qlobal layihə olacağına» əminlik ifadə edib.
Onun sözlərinə görə, Buxarest sazişinə əsasən, Azərbaycandan Avrpopaya enerji körpüsü ilə elektrik enerjisi nəqlinin həcmi ən azı 4 qeqavat təşkil edəcək.
“Hazırda layihə ilə bağlı aparılan texniki-iqtisadi araşdırmaların yekun mərhələsindəyik. Hesab edirik ki, bu layihə çərçivəsində Avropaya minimum 4 geqavat “yaşıl enerji” nəql edə bilərik, bu da bizim əlavə töhfəmiz olacaq”, - Əliyev qeyd edib.
Dövlət başçısı bildirib ki, “Azərbaycanın imzaladığı sazişlər və memorandumlar 25 qeqavat “yaşıl enerji” istehsalını nəzərdət tutur”.
Əliyev vurğulayıb ki, bərpa olunan enerji sahəsinin inkişafı Azərbaycana qaz istehlakını azaltmağa imkan yaradavcaq və azad olunan həcmləri ölkə ixrac edə biləcək.
Xəbər verildiyi kimi, 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında” saziş imzalanıb.Saziş Qafqaz regionundan Avropaya enerji körpüsünün inşasını nəzərdə tutur. Söhbət enerji ötürmə gücü 1000 MVt olan 1195 km uzunluğunda elektrik verilişi xəttinin tikintisindən gedir. Kabel Azərbaycanda istehsal edilən elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırılaraq, Macarıstana və Avropanın qalan hissəsinə nəql edilməsi üçün nəzərdə tutulacaq.
Hazırda layihə üzrə işlər 2023-cü ilin sentyabrında başa çatdırılması planlaşdırılan texniki-iqtisadi əsaslandırmanın hazırlanması mərhələsinə keçib. Xətt 3-4 il ərzində çəkiləcək.
Avropa Komissiyası dünyada ən uzun kabelin çəkilməsi üçün 2,3 milyard avro ayırmağı planlaşdırır. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət