Xəzər regionu qlobal bərpa olunan enerji mərkəzinə çevrilmək üçün böyük imkanlara malikdir və BP şirkəti bununla bağlı bir sıra istiqamətlərdə işə başlayıb. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib.
“Biz mövcud neft və qaz hasilatımızda karbonsuzlaşdırmanın və emissiyaların azaldılmasının yollarını axtarırıq. Sahələrimizdə məşəlin müntəzəm yanmasını aradan qaldırmaq istiqamətində işləyirik və emissiyaları 50% azaltmaq üçün obyektlərimizdə metan detektorları quraşdırırıq”, - deyə o, bu gün Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.
Counz qeyd edib ki, yeni “Azəri Mərkəzi Şərqi” hasilat platformasının daha az karbonlu olması nəzərdə tutulub. Platforma uzaq məsafədən idarə ediləcək və onun əksər sistemləri və prosesləri avtomatlaşdırılacaq.
"Bu isə platformaya daha az gediş-gəliş, daha az dayanma halları və boşdayanmalar və məhz buna görə məşəlin daha az yanması və daha az emissiya atqısı deməkdir. “Şahdəniz” yatağında “Alfa” platformasındakı dizel generatorlarının “Bravo” platformasının qazla işləyən daha az emissiyalı generatorlarında hasil olunan enerji ilə əvəzlənməsi üçün iş aparırıq. Bu, “Şahdəniz Alfa”dan karbon tullantılarının azaldılmasına və platformanın istismar səmərəliliyinin artırılmasına kömək edəcək”, - deyə regional prezident qeyd edib.
O əlavə edib ki, şirkət istismar olunan obyektlərin elektrikləşdirilməsi və enerji mənbəyi kimi qazdan istifadənin aradan qaldırılması imkanlarını nəzərdən keçirir.
“Bununla əlaqədar Səngəçal terminalının elektrikləşdirilməsi yaxşı başlanğıc ola bilər. Səngəçalda qaz turbinlərinin yandırılması əvəzinə ölkənin enerji sisteminə qoşulmaqla biz həm emissiyaların azaldılmasına, həm də qənaət edilmiş qazın Cənub Qaz Dəhlizi vasitəsilə ixracına nail ola bilərik”, - deyə Counz vurğulayıb.
Bundan başqa, regional prezident bildirib ki, Azərbaycan qabaqcıl enerji infrastrukturuna, güclü tərəfdaşlıq münasibətlərinə və zəngin bərpa olunan enerji resurslarına malikdir, ölkə bunun sayəsində enerji keçidi məsələsində irəli gedə bilər.
“Çoxillik və etibarlı tərəfdaş kimi BP bu məsələdə Azərbaycanı dəstəkləməyə hazırdır. Ötən il biz Energetika Nazirliyinə Azərbaycanın öz zəngin enerji potensialından istifadə edərək iqtisadiyyatını 2050-ci ilə qədər necə karbonsuzlaşdıra biləcəyi ilə bağlı bir sıra tövsiyələr təqdim etmişik. Biz Azərbaycanda karbohidrogen ehtiyatlarının təhlükəsiz, məsuliyyətli və dayanıqlı hasilatını davam etdirməklə yanaşı, ölkənin bərpa olunan enerji mənbələri potensialını da inkişaf etdirə bilərik. Qarşıda görüləcək çox işimiz var və Azərbaycanın yeni enerji gələcəyini birlikdə qurmağa ümid edirik”, - deyə o vurğulayıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət