Nar ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “IronWind” açıq turnirinə dəstək olub. Pirallahı adasında təşkil olunan triatlon yarışında müxtəlif ölkələri təmsil edən 100-dən çox idmançı iştirak edib.
Üç mərhələdən ibarət olan turnirdə idmançılar əvvəlcə 1.9 kilometr üzüblər, sonra 90 kilometr velosiped sürüblər və sonda isə 21.1 kilometr qaçıblar.Kişilər arasında qalib Oleksandr Mordasov olub. Teymur Fərəcov yarışı ikinci, Konstantin Vedmed isə üçüncü pillədə başa vurublar.Qadınların mübarizəsində isə ilk üç yeri müvafiq olaraq, İnna Anisimova, Rabiyə Oruclu və Natalya Vallek tutublar.Bundan əlavə, turnirdə mübarizə aparan üç paralimpiyaçı da Nar tərəfindən mükafatlandırılıb.
Qeyd edək ki, yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası, Baku City Circuit və “Triterra” klubunun birgə təşkilatçılığı ilə keçirilib. Turnirin əsas dəstəkçilərindən olan Nar-ın korporativ sosial məsuliyyət (KSM) istiqamətlərindən biri də sağlam həyat tərzinin təşviqidir. Mobil operatorun KSM sahəsində gerçəkləşdirdiyi layihələrlə buradan tanış ola bilərsiniz.
Nar hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. Nar son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
İrəvan Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçirilməsinə razılıq verib
Bakı və Tokio ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib
Əsədov və Offord enerji və nəqliyyat sahələrində əməkdaşlığı müzakirə ediblər
Azərbaycan 10 ay ərzində Çinə $30 milyon dəyərində polietilen ixrac edib
Azərbaycan 11 ay ərzində aqrar sənaye məhsullarının ixracını 6% artırıb
Danimarka parlamentində dini kitabların təhqir olunmasını qadağan edən qanun qəbul edilib
Xarici investor ilk dəfə Naxçıvanın səhiyyə sisteminə 5 milyon manat sərmayə qoyub
Naxçıvanda yeni fiber-optik magistral şəbəkənin yaradılmasına 1,5 milyon manat yönəldiləcək
“Rabalon” Naxçıvanda Data Mərkəzi binasının layihəsini hazırlayacaq
Mişel Bakı və İrəvanı sülh prosesini tez bir zamanda yekunlaşdırmağa çağırıb
İsrail HƏMAS-la danışıqlar aparmır
Netanyahu Qəzza zolağı üzərində nəzarəti Abbasa verilməsinə imkan verməyəcəyini bəyan edib
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək