2023-cü ilin yanvar-aprel aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 74,14 milyon barel neft ixrac edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 6,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Türkiyənin “BOTAS International Limited” şirkətindən (BIL – BTC-nin Türkiyədən keçən hissəsinin operatoru) məlumat verilib.
Apreldə BTC ilə 19,329 milyon barel neft (2022-ci ilin aprel ayının göstəricisindən 2,1% çox) nəql olunub.
2022-ci ildə BTC ilə 225,445 milyon barel neft (2021-ci illə müqayisədə artım 12,6%) nəql edilib.
Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat, SOCAR-ın nefti, eləcə də Türkmənistan, Qazaxıstan və Rusiya nefti BTC boru kəməri ilə nəql olunur.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); MOL (8,9%); “Equinor” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ExxonMobil” (2,5%); INPEX (2,5%), “TotalEnergies” (5%) və ONGC (2,36%) şirkətləridir.*
N.Abbasova
Azərbaycan prezidenti Malayziyanın yeni səfiri ilə iqtisadi əlaqələrin genişlənməsini müzakirə edib
Əliyev Malayziyanın yeni səfirinin etimadnaməsini qəbul edib
9 ay ərzində Aİ ölkələri Azərbaycana əczaçılıq məhsullarının ixracını 2% artırıblar
DTA və İƏT turizm üzrə təhsil sahəsində əməkdaşlıq etmək niyyətindədir
“Pro Construction Company” Cəlilabad rayonunda xəstəxana tikintisinin podratçısı oldu
“Rabalon” Naxçıvanda Data Mərkəzi binasının layihəsini hazırlayacaq
“Datum” “AzerGold”un 1,9 milyon manatlıq tenderinin qalibi olub
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
İsrail Baş Qərargah rəisi Qəzzanın cənubunda da güclü əməliyyat vəd edib
İsrail ordusu HƏMAS-a qarşı hərbi əməliyyatlar başlayandan bəri 10 min hava zərbəsi endirib
İsrail hökuməti Qəzzada bufer zonası yaratmaq planını təsdiqləyib
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
AccessBank HPE Server avadanlığı və sistemləri üçün komponentlərin təchizatına dair tender elan edir
Bakı Ali Neft Məktəbində Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi qeyd olunub
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək