Azərbaycan hökuməti Naxçıvan Muxtar Respublikasının mövcud sosial-iqtisadi vəziyyətinin zəif və güclü tərəflərini qiymətləndirib.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, Naxçıvan iqtisadiyyatının güclü tərəfləri bunlardır: təbii ehtiyatlar və xammal bazası; bərpa olunan enerji potensialı (günəş və külək enerjisi); sahibkarlığın inkişafına, ixracın stimullaşdırılmasına və əlverişli investisiya mühitinin yaradılmasına dövlət dəstəyi; beynəlxalq hava limanı; xarici ticarət üçün əlverişli iqtisadi-coğrafi mövqe.
Zəif tərəflərə isə dövlət xidmətlərinə əlçatanlıq səviyyəsinin aşağı olması; əlverişli biznes mühitini formalaşdıran zəruri təşviqlərin azlığı; maliyyəyə çıxış imkanlarının məhdudluğu; regionun enerji təchizatı və kommunikasiya xətlərinin aşağı səviyyədə diversifikasiya olunması, elektrik xətlərinin istismar müddətinin başa çatması; kənd təsərrüfatı və digər sahələr üzrə infrastruktur və su təminatı sistemində çatışmazlıqlar; ölkənin digər əraziləri ilə birbaşa quru nəqliyyat əlaqəsinin olmaması aiddir.
Azərbaycan hökumətinin qiymətləndirmələrinə görə, Naxçıvan mühüm enerji və nəqliyyat dəhlizlərinə yaxınlıq, xüsusilə Zəngəzur dəhlizi vasitəsilə Orta Dəhlizlə logistik bağlantı; rəqabətqabiliyyətli turizm potensialı; ixracyönlü sənaye sahələrinin inkişafı perspektivləri; xarici investisiyaların cəlb olunması; xarici ticarətin inkişafı; dövlət–özəl tərəfdaşlığı modelinin tətbiqi; ölkədə mövcud xidmət mexanizmlərinin (dövlət, maliyyə və bank xidmətləri) tətbiqi; regionun enerji təchizatı və kommunikasiya xətlərinin dayanıqlığının artırılması hesabına inkişaf imkanlarına malikdir.
Eyni zamanda, Azərbaycan hökuməti Naxçvan iqtisadiyyatı üçün bir sıra risklərin olduğunu qeyd edir. Bu risklər büdcə transferləri payının yüksək olması; ixrac bazarlarının coğrafi diversifikasiyasının məhdud olması; istehsal olunan məhsulların beynəlxalq bazarlarda rəqabət üstünlüyünün itirilməsi təhlükəsi; qlobal iqlim dəyişikliyi təsirləri, xüsusilə əkinəyararlı torpaq sahələrinin səhralaşması və deqradasiyası; əhalinin digər regionlara və xarici ölkələrə miqrasiyası ilə bağlıdır.*
R.Əhmədov
Xan Yunis sakinlərinə təxliyə əmri verilib
Horovluda məktəb, uşaq bağçası və ticarət mərkəzi inşa olunacaq
Manat avro və rubla qarşı bahalaşıb, dollar və lirəyə qarşı sabitdir
Rövşən Nəcəf: 2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmaq SOCAR-ın əsas məqsədlərindəndir
Şahbazov Dubayda COP28 çərçivəsində təşkil olunacaq tədbirlərdə iştirak edəcək
“Pro Construction Company” Cəlilabad rayonunda xəstəxana tikintisinin podratçısı oldu
Azərbaycan İspaniyada keçiriləcək turizm sərgisində iştirak etməyi planlaşdırır
Türk dövlətlərinin nümayəndələri Şuşada mədəni turizmin perspektivlərini müzakirə ediblər
İsrail Baş Qərargah rəisi Qəzzanın cənubunda da güclü əməliyyat vəd edib
İsrail ordusu HƏMAS-a qarşı hərbi əməliyyatlar başlayandan bəri 10 min hava zərbəsi endirib
İsrail hökuməti Qəzzada bufer zonası yaratmaq planını təsdiqləyib
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Bakı Ali Neft Məktəbində Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi qeyd olunub
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək