“Ümumdünya Məskunlaşma Günü-2023” 2 oktyabr tarixində Bakıda keçiriləcək. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
Müvafiq qərar BMT-nin Məskunlaşma Proqramı (“UN-Habitat”) Assambleyasının Keniyada keçirilən 2-ci sessiyasında elan edilib.
“8 iyun tarixində Nayrobi şəhərində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və “UN-Habitat”ın icraçı direktoru Maimunah Mohd Şarif tərəfindən bununla bağlı imzalanmış Niyyət Protokoluna əsasən, sözügedən beynəlxalq tədbir 2 oktyabr tarixində Azərbaycanın paytaxtında təşkil ediləcək”, - deyə məlumatda bildirilir.
BMT-nin 1985-cı ildə qəbul edilmiş müvafiq qərarına əsasən, Ümumdünya Məskunlaşma Günü hər il bir ölkədə qeyd olunmaqla hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatını təşviq edir, dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsi üzrə qlobal platforma rolunu oynayır.
Bu il Ümumdünya Məskunlaşma Gününün əsas mövzusu davamlı şəhər iqtisadiyyatı və şəhərlərin tərəqqi mərkəzləri rolu ilə bağlı məsələlərin müzakirəsinə həsr ediləcək.
Ümumdünya Məskunlaşma Gününün də daxil olduğu “Şəhərsalma Həftəsi” ərzində Azərbaycanda İkinci Milli Şəhərsalma Forumu və bir sıra digər aidiyyəti tədbirlərin keçirilməsi, onlarla ölkənin rəsmiləri və ekspertlərinin, beynəlxalq və qeyri-hökumət təşkilatları nümayəndələrinin mövzu üzrə təcrübə mübadiləsi aparmaq imkanı təmin ediləcək.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət