Cümə axşamı Bakı ilə Astana arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsinə yönələn 10 sənəd imzalanıb.
Nazirlər Kabinetinin məlumatına görə, sənədlər Azərbaycan Respublikasının baş naziri Əli Əsədov və Qazaxıstan Respublikasının baş naziri Alixan Smailov arasında danışıqların yekunlarına əsasən imzalanıb.
Xüsusilə, “AzerTelekom” MMC ilə “Kazakhtelecom” SC arasında Səhmdarlar Müqaviləsi”; “Azərbaycan Dəmir Yolları” QSC, “Qazaxıstan Dəmir Yolları Milli Şirkəti” SC və “Gürcüstan Dəmir Yolları” SC arasında birgə müəssisənin yaradılması və fəaliyyətinin əsas prinsipləri haqqında Saziş”; “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “KazMunayQaz Milli Şirkət” SC arasında Qazaxıstan neftinin Azərbaycan Respublikasının ərazisindən tranzitinə dair strateji əməkdaşlıq haqqında Memorandum” imzalanıb.
Bundan başqa, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında 24 may 2005-ci il tarixli Saziş”in icrası ilə bağlı 2023-2024-cü illər üçün Tədbirlər Planı”; “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında Görüşün Protokolu” imzalanıb.
Həmçinin, tərəflər arasında “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında nəqliyyat sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə əməkdaşlıq Memorandumu”; “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında gəmilərin və dəmir yolu lokomotivlərinin təchizatı sahəsində əməkdaşlıq haqqında Memorandum” imzalanıb. **
X.Nəsirzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət