Moldova Daxili İşlər Nazirliyinin mətbuat xidməti Kişineu Beynəlxalq Hava Limanında baş verən hadisə zamanı iki əməkdaşın öldüyünü təsdiqləyib.
Nazirliyin bəyanatında qeyd olunur ki, cinayətkar Moldova xüsusi təyinatlıları tərəfindən saxlanılıb.
"Təəssüflə bildiririk ki, Sərhəd Polisinin iki əməkdaşı hücum edən şəxsin qurbanı olub. Onlar xidməti vəzifələrini yerinə yetirərkən həlak olublar. Hökumət hava limanı zonasında vəziyyəti bərpa edir. Hücum edən şəxs bu faktla bağlı cinayət işi açan hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb ediləcək", - sənəddə deyilir.
Öncə məlumat verilib ki, binaya hücum zamanı xarici vətəndaş xüsusi təyinatlı qüvvələr tərəfindən «zərərsizləşdirilib»
DİN xəbər verir ki, prokurorluq tərəfindən hadisənin araşdırılmasına başlanılıb.
"Hazırda kommersiya fəaliyyəti və uçuşlar hələ də dayandırılıb. Müdaxilə zamanı hökumət təhlükəli zonada mülki əhalinin müdafiəsini təmin edib. Ölkə rəhbərliyinə mövcud vəziyyət barədə təcili məlumat verilib", - Moldova DİN-in məlumatında deyilir.
İlkin məlumata əsasən, saxlanılan şəxs Rusiya Federasiyasının vətəndaşıdır. O, Moldova Sərhəd Polisinin onu qaytarmaq istədiyi Türkiyəyə qayıtmaqdan imtina edib.
Hava limanının işçiləri və sərnişinləri binadan təxliyə olunub. Hadisə ilə əlaqədar hava limanında 30 iyun tarixinə planlaşdırılan bütün uçuşlar təxirə salınıb. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət