İyulun 6-da Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər iclası çərçivəsində Azərbaycanda səfərdə olan Venesuela Bolivar Respublikasının xarici əlaqələr üzrə üzrə xalq hakimiyyəti naziri İvan Gil-Pinto ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Nazirlər iki ölkə arasında neft, qaz, turizm, hava nəqliyyatı və digər istiqamətlər üzrə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
“Azərbaycan coğrafi cəhətdən uzaq olmasına baxmayaraq, Venesuela ilə münasibətlərin inkişafına önəm verir, neft və qaz sektorunda şirkətlər arasında potensial əməkdaşlığı yüksək qiymətləndirir”, - deyə Bayramov vurğulayıb.
Görüş çərçivəsində “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Venesuela Bolivar Respublikasının Xarici Əlaqələr üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında Diplomatik İnstitutları və Universitetləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.*
X.Nəsirzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət