2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft ÜDM-in artımı 3%-i ötüb, qeyri-neft sənayesində artım 6,5% təşkil edib. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Birinci yarımillikdə Azərbaycanın qeyri-neft sənayesi 6,5% artıb və qeyri-neft sektoru, ümumiyyətlə, 3%-dən çox artıb. Bununla bərabər, bizim maliyyə vəziyyətimiz böyük dərəcədə yaxşılaşıb”, - Əliyev çərşənbə axşamı 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə deyib.
Eyni zamanda dövlət başçısı qeyd edib ki, maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin olunması ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını təmin edir.
“Bütün bu amillər imkan verdi ki, ilin ortasında biz büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq. Bu, çox sevindirici haldır, çünki proqnozlardan xeyli dərəcədə böyük vəsait toplanmışdır”, - Əliyev vurğulayıb.
Həmçinin, prezident məlumat verib ki, Azərbaycanın xarici borcu ümumi daxili məhsulun təxminən 10%-ni təşkil edir.
“Bir neçə il bundan əvvəl biz qarşıya hədəf qoymuşduq ki, faizinin altında olsun. Biz artıq bu hədəfə də çatdıq. Mütləq rəqəmlərdə bizim borcumuz cəmi $6,7 milyarddır və bu da ümumi daxili məhsulumuzun təxminən 10%-ni təşkil edir”, - Azərbaycan lideri vurğualyıb. **
X.Nəsirzadə
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət