Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bəyan edib ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanı iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesində irəliləyişə nail olmaq məqsədilə gələcək addımlar atmağa çağırıb.
“Bizim müzakirələrimiz yenə də səmimi, dürüst və məzmunlu oldu. Görüşümüz mayın əvvəlindən Ermənistan və Azərbaycan liderləri, baş nazirlərin müavinləri və xarici işlər nazirləri arasında Brüsseldə, Kişineuda, Vaşinqtonda, Moskvada, həmçinin sərhəddə intensiv və məhsuldar keçirilən yüksək səviyyəli görüşlər silsiləsinin davamı oldu”, - Mişelin Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli görüşün yekunlarına dair mətbuata açıqlamasında deyilir.
O qeyd edib ki, hazırda “Ermənistan ilə Azərbaycan arasında danışıqların ən əhatəli və mürəkkəb mərhələlərindən birini keçirik».
“Mən liderləri (Azərbaycan və Ermənistanın - İF) sülh prosesinə güclü sadiqliklərinə görə təqdir etdim. Mən onları normallaşma yolunda qəti və dönməz irəliləyişi təmin etmək üçün daha cəsarətli addımlar atmağa çağırdım”, - o vurğulayıb.
Mişel deyib ki, hər iki sərhəd komissiyasının 12 iyul tarixli iclasını alqışlayıb.“Ən mühümü isə odur ki, liderlər komissiyaların işini intensivləşdirmək və sürətləndirmək barədə razılığa gəliblər”, - o əlavə edib.
Aİ Şurasının prezidenti hesab edir ki, tərəflər son iki ay ərzində regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpasına yönəlmiş müzakirələrdə də aşkar irəliləyişə nail olublar.
“(...) Avropa İttifaqı maliyyə töhfəsi verməyə hazır olacaq. Bəzi detallar hələ də aydınlaşdırma tələb edir, lakin bu mövzuda indi mövqelər yaxınlaşır və variantlar fəal şəkildə araşdırılır”, - o vurğulayıb.
Mişel əlavə edib ki, görüşdə Laçın yolu ətrafında vəziyyət, Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyəti, Ağdamdan Qarabağın erməni sakinlərinə humanitar yardımların çatdırılması, ehtiyatsızlıqdan qarşı tərəfə keçən əsgərlərin azad olunması müzakirə olunub.
“İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi və minatəmizləmə üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyi də müzakirə olundu. Mən bir daha tərəfləri mümkün qədər çox məlumat mübadiləsi aparmağa çağırdım”, - o qeyd edib.
Mişel hesab edir ki, real inkişaf isə yaxın gələcəkdə atılmalı olan növbəti addımlardan asılıdır. Xüsusilə, o tərəfləri sülh və normallaşma danışıqlarına lazımi şəraiti təmin etmək üçün zorakılıq və sərt ritorikanı dayandırmağa çağırıb.
“Mən, həmçinin Ermənistan və Azərbaycan liderlərinə yaydan sonra Brüsseldə növbəti görüşə dəvət etmək niyyətimi bir daha bildirdim. Bundan əlavə, “Avropa siyasi birliyi”nin növbəti Zirvə toplantısı çərçivəsində Qranadada (İspaniya) Fransa və Almaniya liderlərinin də iştirakı ilə beştərəfli görüş təklifimi də diqqətə çatdırdım”, - bəyanatda vurğulanır. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət