Azərbaycan hökuməti tərəfindən inflyasiya üzrə monitorinqin keçirilməsi və bu istiqamətdə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə İşçi Qrup yaradılıb.
Baş nazir Əli Əsədov “İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə” sərəncam imzalayıb.
“Ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə aşağıdakı tərkibdə İşçi qrup yaradılıb”, - “İnterfaks-Azərbaycan”ın əldə etdiyi sərəncamın mətnində deyilir.
İşçi qrupun rəhbəri Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəridir.
İşçi qrupuna nazirliklər və qurumların, Mərkəızi Bankın, Dövlət Gömrük Komitəsinin, Dövlət Statistika Komitəsinin və s. dövlət strukturlarının nümayəndələri daxildir.
İşçi qrupuna tapşırılıb ki, ölkədə inflyasiya proseslərinin təhlili üzrə işlərin daha da gücləndirilməsi və qiymət monitorinqinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görüb, ayda bir dəfə nəticəsi barədə hesabatın Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasını təmin etsin.
Azərbaycan prezidenti İlham Əliyev 11 iyul 2023-cü il tarixində ölkədə inflyasiya səviyyəsini şərh edərkən bəyan edib: “Əlbəttə ki, inflyasiyanın ikirəqəmli olması bizi düşündürməlidir. Ümid edirəm ki, ilin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə düşə bilər”.
Onun sözlərinə görə, yüksək inflyasiya təbii səbəblərlə yanaşı, subyektiv səbəblərlə əlaqədardır. «Onlar (səbəblər - İF) daha ciddi araşdırılmalıdır və ilin sonuna qədər atılacaq addımlarla bağlı təkliflər verilməlidir. Çünki Azərbaycanın bütövlükdə iqtisadi potensialı və iqtisadi sahədə əldə edilmiş nəticələr fonunda inflyasiyanın 12% səviyyəsində olması, əlbəttə ki, arzuolunan deyil”, - Əliyev əlavə edib.
2023-cü il iyunun sonuna Azərbaycanda orta illik inflyasiya 12,7% təşkil edib. 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib. İqtisadiyyat Nazirliyi 2023-cü ildə Azərbaycanda orta illik inflyasiyanı 10,4% səviyyəsində proqnozlaşdırır.**
R.Əhmədov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət