Belqradda Türkiyənin Kosovoya silah tədarükü ilə bağlı narahatlıq bildirirlər. Bu barədə Serbiya Müdafiə Nazirliyi yanında dövlət katibi Nemanyna Staroviç Serbiyanın PTC telekanalının efirində bəyan edib.
«Türkiyə Priştinanı fəal şəkildə silahlandırır və bu risk səviyyəsini artırır», - o deyib.
Staroviçin sözlərinə görə, Serbiya xüsusi xidmət orqanları Türkiyənin Priştinə pilotsuz təyyarələr, tank əleyhinə komplekslər, minaatanlar və digər silah növləri tədarük etdiyinə dar məlumatlara malikdir, lakin bu Kosovo üzrə bir sıra beynəlxalq sənədlərə ziddir.
O izah edib ki, «söhbət qəbul edilmiş razılaşmalara uyğun olaraq, Kosovo xüsusi xidmət orqanlarının sahib ola bilmədiyi silahlardan gedir».
"Serbiya Türkiyənin Belqraddakı səfirinə etiraz notası təqdim edib. Biz Ankaranın bu addımlarının bizim üçün qəbuledilməz və narahatlıq doğurduğu ilə bağlı Türkiyəni xəbərdar etmək üçün əlimizdəki bütün kanallardan istifadə edir", - Staroviç qeyd edib.
O xatırladıb ki, bu yaxınlarda Kosovo kabinetinin rəhbəri Albin Kurti şəxsən Türkiyənin “Bayraktar” PUA-larını ictimaiyyətə təqdim edib, bu səbəbdən bu barədə hər kəs məlumatlıdır.
"Lakin əfsular olsun ki, söhbət yalnız "Bayraktar" PUA-lardan deyil, həm də çox mürəkkəb tank əleyhinə OMTAS kompleksləri, minaatanlar, qumbaraatanlar, digər silahlardan da gedir. Bu, ilk növbədə Kosovoda yaşayan serb əhalisi üçün, həm də bütövlükdə bütün Serbiya üçün risklərin və təhdidlərin səviyyəsini artırır", - Staroviç vurğulayıb.
Eyni zamanda, o qeyd edib ki, «təlaş üçün heç bir səbəb yoxdur, baxmayaraq ki, söhbət beynəlxalq hüququn pozulmasından gedir, buna Belqradın adekvat cavabı var». **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət