Türkiyə Avropa İttifaqına (Aİ) üzvlük prosesi çərçivəsində əcnəbilərin vətəndaşlıq əldə etməsini çətinləşdirmək niyyətindədir. Bu barədə “Hürriyet” nəşri diplomatik mənbələrə istinadən yazır.
“Türkiyənin immiqrasiya siyasətində yeni addımın atılması planlaşdırılır. Bununla əlaqədar sığınacaq axtaran şəxslərə, xüsusilə də suriyalılara Türkiyə vətəndaşlığının verilməsinin çətinləşdirilməsi istiqamətində işlər aparılır. Yəni bundan sonra Türkiyə sığınacaq axtaranlara vətəndaşlıq verilməsində daha diqqətli olacaq”, - deyə qəzet yazır.
Nəşr qeyd edir ki, Türkiyə vətəndaşlığını alıb Avropaya gedənlər var. Aİ-Türkiyə əməkdaşlığı çərçivəsində miqrant axınını nəzarətdə saxlamaq mümkün olacaq.
Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, bu gün ölkədə 5 milyona yaxın miqrant yaşayır.
Türkiyədə ən azı $400 min məbləğində daşınmaz əmlak əldə etməklə ölkə vətəndaşlığını almaq olar.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət