Azərbaycan gəmi istehsalını ildə 10-20 ədədə qədər artırmaq üçün Bakı Gəmiqayırma Zavodunu genişləndirməyi planlaşdırır. Bunu Prezident İlham Əliyev deyib.
“Biz Xəzər dənizində daha çox gəmi tikirik. Xəzəryanı dövlətlər arasında Xəzər dənizində ən böyük ticarət donanmasına sahib olduğumuza baxmayaraq, biz yeni tanker və yük gəmiləri inşa edirik ki, daha çox yük daşıya bilək. İndi biz gəmiqayırma zavodumuzu genişləndirməyi planlaşdırırıq ki, ildə 6-8 deyil, 10-20 gəmi inşa edə bilək. Həm Azərbaycanda, həm də Xəzər dənizində buna tələbat artmaqdadır”, - deyə dövlət başçısı Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycanda dəniz limanının genişləndirilməsi istiqamətində də işlər aparılır.
“Bir kəmər, bir yol” layihəsinə qoşularkən bizim artıq hazır infrastrukturumuz var idi. Hazırda isə biz, nə ilə məşğuluq? İndi biz, sadəcə, texniki imkanları artırırıq. Məsələn, biz ticarət limanımızı genişləndiririk, çünki Şərqdən-Qərbə daşınan yüklərin həcminin artması yükaşırma baxımından problemlər yaradacaq. Bizim dəniz ticarət limanımız bir neçə il əvvəl açıldı. Onun ovaxtkı yükaşırma qabiliyyəti 15 milyon ton idi. Hazırda isə biz onun imkanlarını 25 milyon tona qədər çatdırırıq”, - deyə prezident qeyd edib.
Əliyev onu da deyib ki, Azərbaycan hazırda mövcud dəmir yolunu müasirləşdirir ki, qatarların sürəti artırılsın və daha çox yüklər nəql edilsin.
“Biz böyük yük axınına daha yaxşı hazır olmaq üçün çox işlər görürük. Azərbaycan vasitəsilə daşınan yüklərin həcmi ildən-ilə artır. Lakin mən hesab edirəm ki, bu rəqəm bir neçə dəfə artıq ola bilər. Biz bu istiqamətdə, həmçinin çinli tərəfdaşlarımız və qonşularımızla həmin infrastruktur bağlantısının yaradılması üçün fəal işləyirik. Burada inzibati bağlantı da olmalıdır. Burada tariflərlə bağlı vahid siyasət olmalıdır. Gömrük qaydaları sahəsində daha geniş qarşılıqlı əlaqələndirmə olmalıdır ki, necə deyərlər, bu qapını daha da geniş aça bilək. Yəni, gələcəkdə ölkələrimiz arasındakı münasibətlər Azərbaycan vasitəsilə daha çox yüklərin daşınmasında vacib rol oynayacaqdır. Sizin də qeyd etdiyiniz kimi, biz bütün işləri vaxtında və qısa zamanda icra etdik. Bu gün Azərbaycanın nəqliyyat infrastrukturu artıq yüksək beynəlxalq standartlara cavab verir”, - deyə o vurğulayıb.
Bakı Gəmiqayırma Zavodu 2013-cü il sentyabrın 20-də istismara verilib.*
B.Rüstəmbəyov
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət